Növbəti ictimai dinləmələr Qəbələdə keçirilmişdir

İyulun 24-də Qəbələdə ombudsman Elmira Süleymanovanın iştirakı ilə "İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı"nın icra vəziyyəti ilə əlaqədar növbəti ictimai dinləmələr keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, qəsəbə və kənd icra nümayəndəlikləri və bələdiyyələrin, hüquq-mühafizə orqanlarının, dairə seçki komissiyalarının rəhbər və məsul işçiləri, QHT-lərin nümayəndələri iştirak etmişlər.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonda "İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı"nın icrası sahəsində görülmüş işlər barədə məlumat vermişdir.
Ombudsman Elmira Süleymanova planın tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər mövzusunda məruzə etmişdir. Müvəkkil ölkəmizdə ombudsman institutunun təsis edilməsi, Milli Fəaliyyət Planının təsdiq edilməsindən ötən dövrdə bu sahədə görülən işlər, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, vətəndaşların seçki hüququnun təmin olunması sahəsində dairə seçki komissiyalarının qarşısında duran vəzifələrdən bəhs etmişdir.
116 saylı dairə seçki komissiyasının sədri seçki məntəqələrində yaradılan şərait, vətəndaşların seçki hüququnun təmini sahəsində görülmüş işlər barədə məlumat vermişdir.
Tədbirdə çıxış edənlər rayonda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışmış, əhalinin maarifləndirilməsində ombudsman tərəfindən ardıcıl olaraq təşkil olunan ictimai dinləmələrin əhəmiyyətini vurğulamışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında