Azerfon MMC jurnalistləri milli mətbuat günü münasibətilə təbrik etdi

AZERFON "Media açarı-2010" çərçivəsində İKT sahəsində çalışan jurnalistləri mükafatlandırdı.
Dünən Bakı Əyləncə Mərkəzində Azerfon MMC-nin dəstəyi ilə "Yeni nəsil" Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyi tərəfindən keçirilən "Media açarı - 2010" Mükafatının təqdimetmə mərasimi keçirildi.
"Heç olmaz ki, doğru söz yerdə qalsın" şüarı altında keçirilən bu ilki mərasimdə cəmiyyətin həyatını işıqlandıran, geniş müzakirələrə təkan verən bir qrup ictimai xadim, peşəkar jurnalist və şərhçi "Media açarı-2010" mükafatına layiq görülmüşdür.
İnformasiya kommunikasiya texnologiyaları sahəsində yenilikləri peşəkarcasına işıqlandırdığına görə bir qrup jurnalist isə Azerfon tərəfindən xüsusi mükafatlarla təltif edilmişdir.
Mükafatlandırma mərasimində çıxış edən Azerfonun Korporativ Ünsiyyət Departamentinin rəhbəri Elşad Fərzəliyev jurnalistləri bir daha milli mətbuat günü münasibətilə təbrik edərək söyləmişdir: "Müasir dövrdə informasiyaya malik olmaq böyük əhəmiyyət kəsb edir.
Məlumatların geniş auditoriyaya peşəkar şəkildə çatdırılmasında isə jurnalistlərin əvəzsiz rolu vardır. Azerfon şirkətinin təqdim etdiyi məhsul və xidmətlərə olan böyük marağa və mütəmadi olaraq onların işıqlandırılmasına görə jurnalistlərə çox minnətdarıq. Bayramınızı bir daha təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzu edirəm".
"Trend" İnformasiya Agentliyindən Hüseyn Vəliyev, ANS Televiziya kanalından Rüfət Şabanov və "Xalq qəzeti"ndən Qabil Əliyev şirkət tərəfindən müasir noutbuklara layiq görüldülər.
Sonra "Media açarı - 2010" Mükafatının müxtəlif nominasiyalarının qaliblərinə də mükafatlar təqdim edildi.
Mərasimindən sonra bütün tədbir iştirakçıları jurnalistlər arasında keçirilən boulinq yarışmasında iştirak etdilər.{nl}

Vazeh ƏLİYEV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında