Jurnalistlərin fəaliyyətindən razılıq ifadə olundu

22 iyul - milli mətbuatgünü münasibətilə Sumqayıt Şəhər İcra Hakimiyyətində media nümayəndələri ilə görüş keçirilib.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev jurnalistləri təbrik edərək bildirdi ki, 10 iyun 2010-cu il tarixdə Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamış, bununla əlaqədar mətbuatın inkişafına yönəldilən bir sıra tədbirlər müəyyənləşdirilmiş və həyata keçirilmişdir. Mətbuat Şurasının yeni binasının açılışı, "Gülüstan" sarayında yubiley mərasiminin keçirilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, KİV-lərə birdəfəlik maliyyə yardımının göstərilməsi, mətbuat işçilərinə fəxri adların verilməsi və onların təltif edilməsi haqqında Prezident sərəncamlarının jurnalist əməyinin stimullaşdırılmasında böyük önəmi olub.
Milli mətbuat tarixinə qısa ekskurs edən natiq bildirdi ki, şanlı ənənələr üzərində pərvəriş tapan müstəqil dövlətimizin çağdaş media korpusu həyatımızda baş verən güclü inkişaf meyllərinin təbliğində, iqtisadiyyat, elm və mədəniyyət sahələrində qazanılan uğurların işıqlandırılmasında mühüm rol oynayır. Sumqayıtda da bir çox istedadlı, peşəkar, obyektiv, qərəzsiz media təmsilçiləri yaşayıb-işləyir, nailiyyətlərimizə bizimlə birgə sevinir, uğurlarımızı həvəslə qələbə alırlar. Vaqif Əliyev çətin və şərəfli jurnalist peşəsinin sahiblərinə ən xoş arzularını çatdırdı. Onlara hədiyyələr təqdim olundu və sonra yubiley tədbiri bayram süfrəsi arxasında davam etdi.{nl}

Ə.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında