Qaradağ rayonunda mətbuat nümayəndələrinə mükafatlar verildi

Azərbaycan inkişaf dinamikasına görə Cənubi Qafqazın lider dövləti olduğu kimi, mətbuatımız da son illər xeyli inkişaf edərək böyük tərəqqi yolu keçmişdir. Bu fikri Qaradağ Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə əlaqədar iyulun 22-də ölkənin aparıcı Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüşdə demişdir.
Jurnalistləri yubiley münasibətilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayan S.Mikayılov milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına daim diqqətlə yanaşdığını vurğulayan icra başçısı bildirmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər müasir müstəqil Azərbaycan dövlətinin əsasını qoymuşdur. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV-lərin fəaliyyətini tənzimləyən qanuvericilik bazası təkmilləşdirilmiş, senzura ləğv edilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmiş, ünvanlarına deyilən xoş sözlər üçün təşəkkür etmişlər. Qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam dövlətimizin başçısının jurnalistlərə göstərdiyi yüksək diqqət və qayğının bariz ifadəsidir.
Sonda ölkənin bir sıra aparıcı KİV-lərinin nümayəndələrinə mükafatlar təqdim olunmuşdur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında