161 490 manat məbləğində rekord uduş sahibinə təqdim edildi!

Beş gün ərzində üç “Cek Pot” uduldu!

Avqust ayı təkcə yağışlı və sərin havalarla deyil, əsil uduş yağışı ilə lotereya həvəskarlarının yaddaşında uzun müddət qalacaq. Lotereyalar tarixində unikal bir hadisə baş verdi. Cəmisi beşcə gün ərzində, eyni lotereyada 3 dəfə “Cek Pot” uduldu. Lotereyasevərlər zarafatla, “Gəncəli Sahibin əli yüngüldür” deyirlər. Gəlin öncə onunla tanış olaq. Ötən yazımızda qeyd etmişdik ki, ilin ilk yarısı rekord uduşla başa çatdı. Rekordun sahibi, 55 yaşlı Gəncə şəhər sakini Sahib Əliyev “5/36” lotereyasında 161 490 manat məbləğində “Cek Pot”u uddu və haqlı olaraq hesab edir ki, uduşun səbəbkarı onun qızı Şəfaqətdir. S.Əliyev qızı ilə birlikdə şəhərdə gəzərkən iki lotereya bileti alıb.

Şəfaqət isə bununla kifayətlənmir və Sahib kişi onun ciddi təkidi ilə daha bir bilet alır. Təbii ki, həmin anda, o, ilk baxışdan adidən də adi görünən bu epizodun onların həyatında hansı rol oynayacağını təsəvvürünə belə gətirmirdi. Bəli! 161 490 manatı ailəyə məhz həmin bilet gətirdi. Bu günlərdə, milyonlarla tamaşaçı televiziya kanallarında möhtəşəm uduş haqqında süjeti izləyir. Xoşbəxt bileti almağa təkid edən gənc qız məhdud nitq imkanlarına baxmayaraq, yaşadığı sevinci tamaşaçılara əlinin hərəkətləri ilə (əslində öz səmimi baxışları ilə) çatdırır və tamaşaçıların keçirdiyi hisslər, yəqin ki, birmənalı deyil.

Məsələ burasındadır ki, Sahib Əliyev və qızı normal nitqdən məhrumdurlar. Yaradanın qisməti belədir. Rekord uduş da onların qismətidir. Düşərli olsun! Yeri gəlmişkən, Sahibin əlinin yüngül olması haqda zarafat da əsassız deyil. Artıq iyulun 3-də “Klassik Loto” lotereyasında 13.000 manat məbləğində “Cek Pot” udulması ilə başlayan uduş estafeti dayanmaq bilmir. Bakı şəhər sakini Hacıyev Zahid Zəngi oğlunun internet vasitəsi ilə aldığı “5/36” lotereya bileti iyul ayının 11-də ona 3500 manat qazandırdı. Naxçıvan MR Culfa rayon sakini Yusifov Emin Akif oğlunun Topaz satış məntəqəsindən aldığı “5/36” lotereya bileti isə avqustun 3-də onu 4025 manata sahib etdi! Sonrakı 4-5 günü isə lotereya həvəskarları çətin ki, unudalar.

Avqustun 5-də “5/36” lotereyasının   770-ci tirajı isə tamaşaçılar üçün əsil adrenalin mənbəyinə çevrilmişdi. Qısa müddət ərzində 138 676 manatadək yüksəlmiş “Cek Pot” iki bilet tərəfindən uduldu. Hər uduşlu biletin sahibi 69 338 manat qazandı! Sanki lotereya iştirakçıları “5/36” lotereyasında “Cek Pot”un “zəif damarını” tutublar. Bircə gün sonra, avqustun 6-da “5/36” lotereyasının “Cek Pot”u ilk addımındaca, 5550 manat məbləğində 107 499 №-li bilet tərəfindən uduldu və bu son deyilmiş. Avqustun 9-da 110376 №-li bilet “5/36” lotereyasının “Cek Pot”unun yenidən yüksəlmək “arzusunu ürəyində qoyaraq” 8 475 manata sahib çıxdı. Bir lotereyada beş günə üç “Cek Pot”! Hazırda lotereya həvəskarları arasında gərginlik pik həddinə yaxınlaşmaqdadır. Fəaliyyət göstərən lotereyalarda yeni rekorda iddiaçıların sayı artmaqdadır.

“Binqo” və “Klassik Loto”da iştirakçıları 175 000 manat məbləğində uduş gözləyir. “6/40” lotereyası isə ölkə lotereyalarında uduşun həddi haqqında bütün stereotipləri artıq darmadağın edib. Bu lotereyada “Cek Pot”un məbləği   300 000 manatlıq həddi aşıb. Kim bilir? Bu günlərdə bizi daha hansı fantastik uduşlar gözləyir?

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında