Hacıqabul: milli mətbuatın 135 illik yubileyi ilə bağlı konfrans

Hacıqabul Rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirildi. Yerli informasiya vasitələrinin nümayəndələrinin, ziyalıların iştirak etdiyi konfransda rayon icra hakimiyyətinin Başçısı Əhməd Muxtarovun milli mətbuatın 135 illik yubileyi münasibətilə jurnalistlərə təbrik məktubu oxundu.
Təməli 135 il bundan əvvəl - 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın çox zəngin inkişaf yolu keçməsindən danışan tədbir iştirakçıları, ölkəmizin müstəqillik qazanmasından sonra söz və mətbuat azadlığının bərqərar olmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini bir daha vurğuladılar. Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı imzaladığı sərəncam dövlət başçısının jurnalistlərə göstərdiyi diqqət və qayğının bariz ifadəsidir.

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında