"Azərikimya"da bayram tədbiri

Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyində milli mətbuatımızın 135 illiyi ilə əlaqədar geniş tədbir keçirilib.
Tədbirə dəvət olunan jurnalistləri yubiley münasibətilə təbrik edən "Azərikimya" İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev milli-mənəvi dəyərlərin qorunmasında, iqtisadiyyatın, ayrı-ayrı sənaye sahələrinin inkişafında, uğurların təbliğində mətbuatın rolunu yüksək dəyərləndirdi. O dedi ki, şərəfli tarixi olan Azərbaycan milli mətbuatı şanlı ənənələri layiqincə davam etdirir, ölkəmiz haqqında həqiqətlərin dünyaya yayılmasında böyük xidmətlər göstərir. Azərbaycan neftçilərinin, neft-kimyaçılarının və bu sahələrdə çalışan alimlərin fədakar əməyi öz əksini ilk növbədə məhz mətbuat səhifələrində tapır, xoş müjdələr məhz KİV vasitəsilə dünyaya yayılır. Buna görə də obyektiv, qərərsiz operativ fəaliyyətləri ilə seçilən, çətin və şərəfli peşə sahibi olan jurnalistlər hər cür tərifə və təqdirə layiqdirlər.
Görüşdə çıxış edən jurnalistlər göstərilən diqqətə, söylənən xoş sözlərə görə razılıqlarını bildirdilər.
Tədbirdə jurnalistlərin böyük bir qrupuna diplomlar və pul mükafatları verildi. Media təmsilçiləri ilə daha səmərəli və işgüzar əməkdaşlıq arzuları ifadə olundu.{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında