Nigar ŞABANOVA: İfamıza xarici turistlərin maraq göstərmələri məni çox sevindirdi

 

İfamıza azərbaycanlılarla yanaşı, Qəbələyə gəlmiş xarici turistlərin də maraq göstərmələri məni çox sevindirdi.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, muğam sənətinin gənc ifaçılarından olan Nigar Şabanova AzərTAc-a müsahibəsində demişdir.

O, gənc ifaçıların belə yüksək səviyyəli tədbirlərdə iştirak etmələrinə yaradılan şəraitə, muğamın təbliğinə və inkişafına göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Beynəlxalq festivalın təşkilatçılığını yüksək qiymətləndirən Nigar Şabanova Azərbaycan musiqisinin zənginliyindən söhbət açaraq demişdir: “Mən bu festivalı səbirsizliklə gözləyirdim. Bu möhtəşəm incəsənət bayramında iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Muğama dövlət qayğısı, xüsusilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədə təşəbbüsləri, muğamımızı dünyada təbliğ etmək üçün gördüyü işlər göz qabağındadır. Məlumdur ki, xalqımız milli musiqini çox sevir və zövq alaraq dinləyir. Mən Qəbələdə keçirilən musiqi axşamlarında bunun bir daha şahidi oldum”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında