Quintas BORJA: Qəbələ kimi gözəl bir məkanda beynəlxalq musiqi festivalının keçirilməsi təqdirəlayiqdir

 

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Madrid Dövlət Uşaq Xorunun bədii rəhbəri, tanınmış ispaniyalı dirijor Quintas Borja AzərTAc-a müsahibəsində demişdir.

Tanınmış dirijor festivalın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkür etmiş və bu möhtəşəm incəsənət bayramında görkəmli sənətkarlarla eyni səhnəni bölüşməyin gənc musiqiçilər üçün böyük təcrübə olduğunu vurğulamışdır.

Quintas Borja demişdir: “Dünyanın müxtəlif ölkələrindən musiqisevərlər klassik musiqinin mərkəzinə çevrilən Qəbələyə gəlməkdə davam edirlər. Burada hər gün kamera musiqisi axşamları və açıq havada konsertlər keçirilir. Mən tanınmış rusiyalı pianoçu Oksana Yablonskaya ilə eyni səhnəni bölüşmək şərəfinə nail oldum. Ümid edirəm ki, ifamızda təqdim olunan musiqi əsərləri musiqisevərlərin zövqünü oxşadı. Ölkənizdən xoş təəssüratlarla ayrılıram. Qəbələyə isə heyran qaldım. Bu kurort şəhəri belə bir festival üçün gözəl bir məkandır. Yenidən bu festivalda iştirakıma ümid edirəm”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında