Ağdamda 7 min il yaşı olan yaşayış məskəni aşkar olunmuşdur

 

Ağdamın Eyvazlı kəndi yaxınlığında qazıntı işləri aparan arxeoloqlar Qafqazın ən erkən oturaq maldar əkinçi tayfalarına məxsus yaşayış məskəni aşkar etmişlər.

“Trend” El TV-yə istinadən xəbər verir ki, İsmayılbəy təpəsində aşkarlanan yaşayış məskəninin 7 min il yaşı var. Bir hektar ərazini əhatə edən qədim yaşayış məskəni beş mədəni təbəqədən ibarətdir.

Bu, arxeoloqların Ağdamın işğal olunmayan ərazilərində son iki ildə aşkarladığı sayca 62-ci qədim yaşayış məskənidir. Arxeoloqlar hesab edirlər ki, Neolit dövrünə aid olan tarixi abidəni tədqiq etməklə dünya arxeoloqları həm ən qədim insanların əkinçilik mədəniyyətinə keçid dövrünü, həm də xalqımızın genetik, xronoloji və maddi-mədəni həyatını öyrənə biləcəklər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında