Qarabağ həqiqətləri media müstəvisində

Azərbaycan Sosial Rifah Partiyasının və Azərbaycanın Qarabağ İcması İctimai Birliyinin milli mətubatın 135 illiyi münasibətilə "Qarabağ həqiqətlərini dünyaya tanıdaq" devizi altında keçirdiyi müsabiqəyə yekun vuruldu. İyulun 22-də "Xalq qəzeti"nin mətbuat mərkəzində keçirilən mərasimdə qaliblər təntənəli surətdə mükafatlandırıldı.
ASRP-nin sədr müavini Rüfət Sucayev mərasimi giriş sözü ilə açaraq, mətbuat tariximizin önəmli səhifələrini yada saldı, xalqımızın sivil inkişaf yoluna çıxmasında milli jurnalistikamızın xidmətlərini vurğuladı. O bildirdi ki, təmsil etdiyi partiya mətbuatımızın yubileyi ilə bağlı silsilə tədbirlər keçirmişdir. Natiq qalibləri ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlının və Qarabağ icmasının rəhbəri B.Səfərovun adından təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı.
Müsabiqənin məram və yekunları açıqlanandan sonra partiya və ictimai birliyin təmsilçiləri qaliblərə pul mükafatlarını təqdim etdilər. Çıxış edənlər Azərbaycan həqiqətlərinin, xüsusən Qarabağ münaqişəsinin köklərinin və mahiyyətinin, erməni millətçilərinin burada törətdikləri fəlakətlərin dünya ictimaiyyətinə çatdırılmasında mediamızın səylərini artırmağın zəruriliyindən söz açdılar.
Toplantıda milli mətbuatımızın yubileylərinin son 10 ildə 3 dəfə ümumxalq bayramı kimi qeyd olunması razılıqla qeyd olundu, ümummilli lider Heydər Əliyevin KİV-ə, jurnalistlərə göstərdiyi himayədarlıqdan minnətdarlıqla söz açıldı.{nl}

R. TAHİR, R.SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında