Ənvər Paşanın xatirəsi İstanbulda yad edilmişdir

 

İstanbulun Şişli rayonunda yerləşən Abideyi-Hürriyyət meydanında Osmanlı ordusunun son ali baş komandanı Ənvər Paşanın xatirəsi yad edilmişdir. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Milliyyətçi Hərəkat Partiyası İstanbul vilayət təşkilatının keçirdiyi yadetmə mərasimindən sonra tədbir iştirakçılarına iftar yeməyi verilmişdir.

Qeyd edək ki, Osmanlı hökumətinin baş naziri Ənvər Paşa 4 avqust 1922-ci ildə səhər tezdən bölgədə yerləşən rus hərbi hissəsi ilə girdiyi qeyri-bərabər savaşda açılan pulemyot atəşiylə şəhid edilib. Ənvər Paşanı öldürmək üçün əmr verən hərbi hissənin komandiri isə Yakov Melkumyan adlı erməni olmuşdur. Birinci Dünya müharibəsi davam edərkən yaranmış vəziyyəti düzgün təhlil edən baş nazir və ali baş komandan Ənvər Paşa Orta Şərqdəki bəzi hərbi hissələri Qafqaz bölgəsinə göndərməyi qərarlaşdırıb.

29 yaşlı qardaşı Nuruya general rütbəsi verib onu Qafqaz İslam Ordusunun komandanı təyin edən Ənvər Paşa Nuru Paşanın bölgədə həyata keçirdiyi əməliyyatlara İstanbuldan özü nəzarət etmişdir. 15 sentyabr 1918-ci ildə Bakı erməni quldurlarından təmizlənib və 28 mayda Tiflisdə elan edilərək əvvəlcə Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçüb. Osmanlı imperiyasının Birinci Dünya savaşındakı məğlubiyyətindən sonra ölkəni tərk edən Ənvər Paşa 1920-ci ilin sentyabrında Bakıda Şərq Xalqlarının I qurultayında iştirak edib, daha sonra Moskvaya gedib. Sovet rəhbərləriylə razılığa gələ bilməyən Ənvər Paşa Turan idealını həyata keçirmək üçün 1921-ci ildə Orta Asiyadakı basmaçı hərəkatını təşkilatlandırmağa çalışıb və ruslara müqavimət göstərib.

4 avqust 1922-ci ildə Pamir dağlarının ətəyindəki Belçivan təpəsində qətlə yetirilib və orada dəfn olunub. Ölümündən 74 il sonra - 3 avqust 1996-cı ildə prezident Süleyman Dəmirəlin təşəbbüsü ilə sümükləri Tacikistandan Türkiyəyə gətirilib və 4 avqustda Şişli bölgəsindəki Abideyi-Hürriyət meydanında Tələt Paşanın yanında dəfn edilib. Dəfn mərasimində prezident Süleyman Dəmirəl, müdafiə naziri Turhan Tayan, dövlət naziri Abdullah Gül və başqaları iştirak ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında