Mərkəzi Seçki Komissiyası cənub bölgəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil etmişdir

 

Mərkəzi Seçki Komissiyası (MSK)  oktyabrın 9-da ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı cənub bölgəsinin dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar təşkil etmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrasına uyğun olaraq avqustun 5-də başlanan təlim məşğələlərində MSK üzvlərinin, şəhər və rayon məhkəmələrinin sədrlərinin, rayon icra hakimiyyəti aparatının nümayəndələrinin, rayon prokurorlarının və dairə seçki komissiyalarının sədrlərinin seçki hüququ ilə əlaqədar müxtəlif mövzularda məruzələri dinlənilmişdir.

77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının (DSK)  inzibati binasında keçirilən təlim məşğələsində çıxış edən DSK-nın sədri Hikmət Əkbərov bildirmişdir ki, oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı MSK-nın təsdiq ediyi Tədbirlər Planına müvafiq olaraq keçirilən təlim kurslarının əsas məqsədi seçkilərin yüksək səviyyədə, azad, demokratik və şəffaf keçirilməsini təmin etməkdir.

H.Əkbərov prezident seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının gördüyü işlər barədə məlumat verərək bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Tədbirdə rayon məhkəməsinin sədri İsmayıl Abdurrahmanlı “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, Astara Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrinin qurulması”, MSK-nın üzvü Qabil Orucov “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzularında məruzələr etmişlər.

Məşğələnin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri üzrə dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda  rayon məhkəməsinin sədri Ələjdər Ələkbərov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov “Seçici siyahıları ilə işin aparılması,  seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair  bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrinin qurulması”, MSK-nın üzvü Nizami Nadirov “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzularında məruzələrlə çıxış etmişlər.

70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd və 72 saylı Yardımlı-Masallı seçki dairələri üzrə DSK-larda keçirilən ixtisaslaşdırılmış kurslarda Masallı Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adəm Məhərrəmov və informasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev, Yardımlı Rayon İcra hakimiyyəti başçısının müavini Azər Əkbərov “Seçici siyahıları ilə işin aparılması, seçki qabağı təşviqatın aparılmasına və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin sədri Cahangir Nəsibov və Yardımlı Rayon Qeydiyyat İdarəsinin müdiri İlqar Məhərrəmov  “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzularında çıxış etmişlər.

73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri üzrə DSK-larda keçirilən ixtisaslaşdırılmış kurslarda rayon məhkəməsinin sədri Elçin Kazımov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev “Seçici siyahıları ilə işin aparılması,  seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrinin qurulması”, rayon prokuroru Natiq Abdullayev “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, rayon polis şöbəsi rəisinin müavini Şaban Kərimov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzularında məruzələrlə çıxış etmişlər.

78 saylı Lerik seçki dairəsinin dairə seçki komissiyasının inzibati binasında keçirilən təlim məşğələsində rayon məhkəməsinin sədri Vəzirxan Məlikov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, Lerik Rayon İcra Hakimiyyətinin məsul işçisi Araz Quliyev “Seçici siyahıları ilə işin aparılması,  seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda çıxış etmiş, iştirakçıların suallarını cavablandırmışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında