Qazaxda məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlamışdır

 

Avqustun 5-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar ölkənin bütün regionlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.

Hər yerdə olduğu kimi, Qazax rayonunda da kurslar mütəşəkkil surətdə başlamışdır.

107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının sədri Xəyyam Salehov AzərTAc-a bildirmişdir ki, üç gün davam edəcək seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri və üzvləri iştirak edirlər.

İxtisaslaşdırılmış kursların birinci günündə müdavimlər  rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Məmməd Alıyevin “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon polis şöbəsinin rəis müavini Nazim Əliyevin  “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının sədri Xəyyam Salehovun “Seçici siyahıları ilə iş qaydası” mövzularında məruzələrini  dinləmişlər.

Məruzələrdə və çıxışlarda 2013-cü ilin prezident seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında