Şəki-Zaqatala bölgəsi rayonlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlanmışdır

 

Avqustun 5-də Şəki-Zaqatala bölgəsi rayonlarında fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə  ixtisaslaşdırılmış kurslar başlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrasına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən bu kurslar üç gün davam edəcəkdir.

Şəkidə fəaliyyət göstərən 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci və 115 saylı Şəki kənd ikinci seçki dairələrinin dairə seçki komissiyalarında təşkil olunan kurslarda hər üç dairə üzrə, ümumilikdə, 25 nəfər dairə seçki komissiyasının üzvü və 109 nəfər məntəqə seçki komissiyasının sədri iştirak edir.

Təlimlərin ilk günündə “Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə orqanlarının rolu”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçki siyahıları ilə iş qaydası” mövzularında məruzələr dinlənilmişdir.

Kurslarda Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İradə Hacıyeva, MSK-nın təşkilat şöbəsinin böyük məsləhətçisi Fərid Əbilov, habelə şəhər icra hakimiyyətinin məsul nümayəndələri, şəhər məhkəməsinin sədr və əməkdaşları iştirak etmişlər.

Məruzələrdə cari ilin oktyabrında keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq məsələləri barədə danışılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək məqsədilə respublikanın bütün şəhər və rayonlarında dairə seçki komissiyaları üçün hər cür şəraitə malik olan yeni inzibati binaların tikilib istifadəyə verildiyi, komissiya üzvlərinin işi şəraitinin daha da yaxşılaşdırıldığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələrinin dairə seçki komissiyaları  üçün 2013-cü ilin mayında hər cür şəraiti olan yeni inzibati binalar tikilib istifadəyə verilmişdir.

MSK-nın təmsilçiləri dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirmişlər.

109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasında da ixtisaslaşdırılmış kursların ilk günü MSK-nın tematik planı əsasında aparılmışdır. Təlimlərdə dairə seçki komissiyasının 6 üzvü və 33 məntəqə sədri iştirak etmişdir.

Məruzələri dairə seçki komissiyasının sədri Vahid Əliyev, rayon məhkəməsinin sədri Rafiq Kazımov, habelə rayon icra hakimiyyətinin məsul nümayəndələri təqdim etmişlər.

110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda, ümumilikdə, dairə seçki komissiyalarının 18 üzvü və 83 nəfər məntəqə seçki komissiyasının sədri iştirak etmişdir. 

Təqdim olunan məruzələrdə məntəqə seçki komissiyaları sədrlərinin vəzifələri, məntəqələrin fəaliyyətlərinin təşkili barədə danışılmış, müvafiq tövsiyələr verilmişdir.

112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının sədri Abdukərim Əliyevin verdiyi məlumata görə, təlimlərdə 9 nəfər komissiya üzvü və 55 nəfər məntəqə seçki komissiyasının sədrləri ilə yanaşı, Qaxda məskunlaşan məcburi köçkünlərin qeydiyyatda olduqları rayonları təmsil edən 3 seçki məntəqəsinin sədrləri də iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev və MSK katibliyinin əməkdaşı Faiq Bəşirovun iştirakı ilə keçirilən təlimlərdə qeyd olunmuşdur ki, seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçməsi ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Odur ki, komissiya sədrləri və üzvləri təlimatları daha dərindən öyrənməli, seçki qanununun tələblərinə ciddi əməl etməlidirlər.

117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasında keçirilən təlimlər də MSK-nın tərtib etdiyi tematik plana uyğun aparılır. Dairə seçki komissiyasından verilən məlumata görə, ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının 6 üzvü və 57 nəfər məntəqə sədri iştirak edir.

Kursların ilk günündə rayon icra hakimiyyəti başçısının birinci müavini Yusif Naxçıvanski, rayon məhkəməsinin sədri Rəfail Şirinov və dairə seçki komissiyası sədrinin məruzələri dinlənilmişdir.

İxtisaslaşdırılmış kurslar üç gün davam edəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında