"Ağdam-Qafqaz Xirosiması və ruhlar şəhəri"

Qarabağın füsunkar bölgələrindən biri olan Ağdamın erməni hərbi birləşmələri tərəfindən işğalının növbəti ildönümü ilə əlaqədar "Ağdam-Qafqaz Xirosiması və ruhlar şəhəri" adlı sərgi və eyni adlı filmin təqdimat mərasimi keçirildi. "İnam" Plüralizm Mərkəzinin təşkilatçılığı ilə Vəcihə Səmədova adına Rəssamlar İttifaqının salonunda baş tutan tədbirdə Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan altmış foto təqdim olundu.
Tədbiri açıq elan edən Yazıçılar Birliyinin katibi Rəşad Məcid Ağdamın təkcə Qarabağ deyil, Azərbaycan üçün əhəmiyyətindən söhbət açdı. O, Qarabağın belə günlərdə deyil, daim xatırlanmasının vacibliyini qeyd etdi. "İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi Ağdamın erməni hərbi birləşmələri tərəfindən işğalını və darmadağın edilməsini "Xirosima" faciəsi ilə müqayisə etdi və Ağdamın işğalını "Qafqazın Xirosiması" adlandırdı. O, təqdim olunan fotoların və videomaterialların bir hissəsinin rayonun işğaldan sonrakı vəziyyətini işqılandıran mənzərələrin əcnəbi jurnalistlərə məxsus olduğunu söylədi.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev Qarabağ münaqişəsi həqiqətlərini əks etdirən layihələrin əhəmiyyətindən söz açdı və onların rəhbərlik etdiyi qurum tərəfindən dəstəkləndiyini vurğuladı. Millət vəkili Məlahət Həsənova belə layihələrlə Azərbaycan-Ermənistan münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çıxarılmasının əhəmiyyətini qeyd etdi.
Professor Rafiq Əliyev qədim mədəniyyət beşiyi olan Ağdamın xoş günlərini xatırladı və erməni vandalizmini əks etdirən filmlərin zəruriliyini qeyd etdi. Sonra sərgiyə və filmə baxış oldu. Sadə vətəndaşların arxivindən toplanan və Ağdamın işğaldan əvvəlki dövrlərini əhatə edən şəkillər iştirakçılar tərəfindən maraqla qarşılandı.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Qarabağın işğalının dünya ictimaiyyəti tərəfindən daha aydın qavranması üçün "Qafqaz Xirosiması" kəlməsini mətbuata və siyasi leksikona gətirmək, işğal nəticəsində Qarabağın tarixi genosidə məruz qalmasını dünyanın aparıcı sosial internet şəbəkələrində və axtarış portallarında yaymaq, həmçinin sonradan dünyanın istənilən yerində nümayiş olunmaq üçün "Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri" adlı foto, video və nəşrlərdən ibarət səyyar sərgi qalereyası yaratmaqdır.
Film üç dildə-Azərbaycan, rus və ingilis dillərində təqdim edildi. Sərgidə Ağdam haqqında bukletlər paylandı. Bukletdə Ağdamın işğal vaxtı itirdikləri haqda statistik göstəricilər, xarici jurnalistlərdən sitatlar dərc olunub.
Sərgi 30 iyula qədər davam edəcək.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında