Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərin siyahısı açıqlanmışdır

 

 

Avqustun 2-də Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərin siyahısını açıqlamışdır.

XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, siyahıda Almaniya Berlin Akademiyasının prezidenti Eckart D.Stratensşult, Heinrich-Böll Fondunun Cənubi Qafqaz üzrə regional bürosunun rəhbəri İris Kempe, İran İslam Respublikası parlamentinin deputatı Rubik Sardaryan, Slovakiya parlamentinin üzvü Frantişek Mikloşko, Argentina parlamentinin deputatı Xose Arbo, Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin olmaqla, ümumilikdə, 335 nəfərin adı yer almışdır. Siyahıda siyasətçilər, jurnalistlər, tələbələr və digər sahələr üzrə müxtəlif xarici ölkələrdən olan, eləcə də bir sıra beynəlxalq təşkilatları təmsil edən şəxslərin adları vardır.

Siyahıda göstərilən şəxslər Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunu pozduqlarına və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiklərinə görə arzuolunmaz şəxslər elan olunmuşlar və onlara Azərbaycana gəlmələrinə icazə verilməmişdir.

Siyahı ilə bu ünvanda tanış olmaq mümkündür: http://mfa.gov.az/files/file/Arzuolunmaz%20Shexslerin%20Siyahisi-2013.pdf


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında