“Gənclik” metro stansiyasının yanındakı tunel tipli kompleksin payızda istifadəyə verilməsi nəzərdə tutulur

 

Paytaxtın “Gənclik” metro stansiyasının yanında, “Qələbə meydanı” adlanan ərazidə tunel tipli kompleksin cari ilin payız aylarında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat vermişdir.

P.Mürsəliyev demişdir ki, “Azəryolservis” ASC-nin sifarişi ilə “Gənclik” metro stansiyasının yanında, “Qələbə meydanı” adlanan ərazidə tunel tipli kompleksin tikintisi sürətlə davam etdirilir. Yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 2470 metr nəzərdə tutulan tunellərin eni 8,2-16,5 metr arasında dəyişəcək. Layihə çərçivəsində tunel kompleksinə 6 tunel, 2 yeraltı keçid, “Gənclik” metro stansiyasının 2 çıxışının tikintisi daxildir.

Ötən müddət ərzində Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 546, eni 16,5 metr olan tunel tamamlanaraq və ölkə başçısının iştirakı ilə açılışı keçirilmişdir. Hazırda 3 tuneldə asfalt-beton örtüyünün alt layının salınması, digər 2 tuneldə döşəmənin betonlanması işləri gedir.

Paralel olaraq tunellərin divarlarının vibrobetonla üzlənməsi və yan yollarda asfaltlanma işləri həyata keçirilir. Bununla yanaşı, layihə üzrə 2 piyada keçidində tikinti işləri başa çatdırılaraq divarların mərmərlə üzlənməsi işlərinə başlanılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında