“Charite” klinikasının həkimləri İmran Cəfərzadənin vəziyyətini qiymətləndirmişlər

 

İyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alan Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə iyulun 26-da Almaniyaya gətirilmiş və Berlində “Charite” klinikasının uşaq cərrahiyyəsi bölməsinə yerləşdirilmişdir.

İmran Cəfərzadənin müayinəsi və müalicəsi ilə adıçəkilən klinikanın aparıcı həkimlərindən ibarət heyət məşğul olur. İyulun 26-da xəstənin üzərində həyata keçirilən və təxminən 6 saat davam edən cərrahiyyə əməliyyatı uğurla nəticələnmiş, xəstənin vəziyyəti sabitləşmişdir.

İyulun 30-da İmran Cəfərzadə müayinə edilmiş və bundan sonra xəstənin hazırkı durumuna dair ikinci böyük konsilium keçirilmişdir. Konsiliumda bildirilmişdir ki, hazırda İmran Cəfərzadənin həyatına təhlükə yoxdur və həkimlər diqqəti xəstənin ümumi vəziyyətinin sabit saxlanılmasına və bədən xəsarətlərinin aradan qaldırılmasına yönəltmişlər.

Konsiliumda qeyd olunmuşdur ki, hazırkı vəziyyətdə intensiv müalicənin prioriteti İmran Cəfərzadənin sağ və sol ayaq nahiyələrində xəsarət almış əzələlərdə iltihablaşmanı aradan qaldırmaqdan ibarətdir. Xəsarət almış ayaq sümükləri üçün infeksiya təhlükəsinin qarşısını almaqdan ötrü həkimlər xəstənin ayaqlarına irinsoran cihaz yerləşdirmişlər. Həkimlərin sözlərinə görə, sonuncu müayinədə bu prosesin uğurla getdiyi müəyyən olunmuşdur və iltihablaşmanın səviyyəsi bir neçə gündən sonra bir daha müayinə ediləcəkdir. Bildirilmişdir ki, xəstənin ayaqlarında olan yaraların sağalması prosesi daha bir neçə həftə davam edəcəkdir.

Azərbaycanın Almaniyadakı səfirliyi “Charite” klinikası ilə mütəmadi əlaqə saxlayır və İmran Cəfərzadənin səhhəti ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasını və Heydər Əliyev Fondunu sistemli olaraq məlumatlandırır.

Vüqar SEYİDOV

AzərTAc-ın xüsusi müxbiri

Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında