Hakimliyə namizədlərin seçkiləri yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir

 

Azərbaycanda hakimliyə namizədlərin seçkiləri yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir.

AzərTAc xəbər verir ki, bu sözləri Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev avqustun 1-də jurnalistlərə müsahibəsində demişdir.

İman Nağıyev bildirmişdir ki, hakimliyə namizədlərin seçilməsi ilə bağlı keçirilən bütün imtahanlarda müşahidəçilər iştirak edirlər.

Sədr vurğulamışdır ki, seçkilər Avropa Şurasının ekspertləri tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. İmtahan komissiyasının üzvü bu qaydalara uyğun olaraq, namizədin cavablarını qiymətləndirərək öz balını verir.

Hazırda hakimliyə 75 namizədin imtahanın son mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran İnam Nağıyev demişdir: “Onlar Məhkəmə-Hüquq Şurasında söhbətdən keçəcəklər. Daha sonra namizədlərin hakim vəzifəsinə təyin olunması üçün dövlətimizin başçısına təqdimat veriləcəkdir”.

Ölkə üzrə apelyasiya məhkəmə instansiyalarının hakimlərinin sayının artırılması prosesinin davam etdiyini deyən sədr vurğulamışdır ki, hazırda Bakı Apelyasiya Məhkəməsində hakimlərin sayı 48 nəfərdən 53-ə çatdırılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında