Səbail “Şahinlər”i Qubada

 

Şagirdlərin  yay istirahətinin səmərəli təşkili ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin  Daxili İşlər Nazirliyi Daxili Qoşunları, “Çağ Öyrətim İşlətmələri” və “Azercell” şirkətlərinin birgə layihəsinə əsasən rayonun Qarabağ müharibəsi veteranları, əlilləri və aztəminatlı ailələrin övladları, “SOS-Azərbaycan” uşaq kəndində və müxtəlif uşaq evlərində tərbiyə alan 200 uşaq avqustun ilk günündə Bakı Türk Liseyinin Quba filialının ərazisində artıq 8-ci dəfə təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu “Şahinlər” yay istirahət düşərgəsinə yola salınmışlar. 

Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq RİH tərəfindən əvvəlcədən bir sıra təşkilati işlər həyata keçirilmiş, uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmışdır. Daxili Qoşunların Quba şəhərindəki “N” saylı hərbi hissəsi düşərgənin həyətində hərbi-səhra çadırları,  Daxili Qoşunların yaranması, vəzifələri və döyüş yolu, xidmət, döyüş texnikası və təminatı barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimova və “Şahinlər” düşərgəsinin əvvəlki illərinə  həsr olunmuş stendlər quraşdırılmışdır. Daxili Qoşunlar və Bakı Türk Liseyinin Quba filialı düşərgəni  tələb olunan bütün ləvazimatlarla təmin etmişdir.

Düşərgədə uşaqların istirahətinin maraqlı  və yaddaqalan olması üçün məşğələləri və təlim-tərbiyə işlərini rayonun  idman və ibtidai-hərbi hazırlıq müəllimləri ilə yanaşı, Daxili Qoşunların zabit və çavuşları keçəcəklər. Şagirdlərin  Qubanın görməli yerlərinə, meşələrə,  rayonun  tarixi guşələrinə  gəzintiləri də təşkil olunacaq, Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən məşğələlərin  keçirilməsi, ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri, təşkil olunması da planlaşdırılmışdır.

Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Sahil bağı”nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident  İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət,  Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışmış, onlara şən və yaddaqalan istrahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Səbail RİH və digər təşkilatçıların diqqət mərkəzində olacaqdır.

Yola düşməzdən əvvəl gənc “Şahinlər” ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəlin önünə çiçək dəstələri düzmüşlər.

Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşmiş və Qubaya yola düşmüşlər.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında