Dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar davam edir

 

Ölkəmiz, xalqımız son dərəcə mühüm bir ictimai-siyasi kampaniyaya hazırlaşır. Məlum olduğu kimi, 2013-cü ilin oktyabr ayında Azərbaycan Respublikasında növbəti prezident seçkisi keçiriləcəkdir. Hazırda ölkəmizin hər yerində seçkinin tam demokratik və şəffaf keçirilməsi üçün hazırlıq işləri görülür. Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Mərkəzi Seçki Komissiyası (MSK)  dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilmişdir.

 Xatırladaq ki, həmin kurslar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir. Kurslar ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsi üçün təşkil olunmuş  dörd qrup üzrə keçirilir.

Dünən  25 saylı  Nizami İkinci seçki dairəsi dairə seçki komissiyasının binasında növbəti tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev ölkəmizdə növbəti prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, bu ilin əvvəlindən etibarən ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Seçkiləri yüksək səviyyədə keçirmək üçün dairə seçki komissiyalarında monitorinqlər aparılıb. Bütün hüquqi-normativ sənədlər yenidən nəzərdən keçirilərək təkmilləşdirilib, təlimat və izahatlar çap olunaraq yerlərə göndərilib. Daha sonra kursların əhəmiyyətindən danışan E.Quliyev bildirdi ki, bu tədbirlər dairə seçki komissiyalarının sədrləri  üçün təcrübə, fikir mübadiləsi aparmaq məqsədi daşıyır. Bu da onların yeniliklərlə bağlı lazımı məlumatlar əldə etməyə və  qabaqcıl təcrübələrin mənimsənilməsinə imkan yaradır. Bildirildi ki, gələn həftədən  belə kurslar yerlərdə seçki məntəqələrinin sədrləri və üzvləri üçün keçiriləcəkdir.

Sonra 25 saylı Nizami İkinci seçki dairəsi dairə seçki komissiyasının sədri Heydər Vəliyev çıxış edərək ölkəmizdə növbəti prezident seçkilərinin tam şəffaf və demokratik keçrilməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırdı. O bildirdi ki, ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nizami rayonu da qarşıdan gələn prezident seçkisinə mütəşəkkil qaydada hazırlaşır. Belə ki, bu ilin yanvar ayından başlayaraq rayonun seçki məntəqə və dairələrində daimi seçici siyahısına daxil edilmək üçün aktiv seçki hüququna malik seçicilər haqqında məlumatlar dəqiqləşdirilmiş, bununla bağlı məliumatlar MSK-ya göndərilmişdir. Rəhbərlik etdiyi dairə seçki komissiyasının işi ilə bağlı tədbir iştirakçılarına məlumat verən H.Vəliyev bildirdi ki, hazırda 25 saylı ikinci Nizami seçki dairəsi üzrə 42 min 528 seçici qeydə alınmışdır. Onların səsverməsi üçün 32 seçki məntəqəsi yaradılmış, 10 məntəqədə veb-kamera quraşdırılmışdır. Komissiya sədri seçkilərə hazırlıq işlərinin yüksək səviyyədə təşkili üçün rayon rəhbərliyinin göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək səsvermə  günü seçicilərin üzləşdikləri problemlərin operativ həlli məqsədilə dairə üzrə “qaynar xətt” yaradıldığını bildirdi. Natiq, həmçinin dairə və məntəqə sədrlərinin üzərinə düşən mühüm vəzifələrdən söhbət açdı, bir sıra maraqlı  təkliflərlə çıxış etdi. 

Daha sonra tədbirdə  geniş fikir mübadiləsi aparıldı,  maraqlı təklif və mülahizələr dinlənildi. Seçki günü qarşıya çıxa biləcək çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün bütün dairə seçki komissiyaları üzrə “qaynar xətt” xidmətinin yaradılması məqsədəuyğun hesab olundu.  Axırda tədbir iştirakçıları 25 saylı Nizami İkinci  seçki dairəsi dairə seki komissiyasının binasında yaradılmış şəraitlə tanış oldular.

Kurslar avqustun 4-dək davam edəcəkdir. 

Mirbağır YAQUBZADƏ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında