Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün kursları davam edir

 

Avqustun 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etmişdir.

AzərTAc xəbər verir ki, kurslarda Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev “Seçki hüququnun apelyasiya məhkəmə instansiyasında müdafiəsi (apelyasiya şikayəti, icraat qaydası, sübutlar, sübutetmə yükü və s.)” mövzusunda mühazirə ilə çıxış etmişdir. Bildirilmişdir ki, hazırda ölkəmizdə beş apelyasiya məhkəmə instansiyasının fəaliyyət göstərməsinə baxmayaraq, işlərin böyük qisminə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Bakı Apelyasiya Məhkəməsinin sədri diqqətə çatdırmışdır ki, qanunvericilikdə edilən dəyişikliyə əsasən, artıq məhkəmələrə ünvanlanan şikayətlər üzrə baxılan işlərdə sübutetmə vəzifəsi seçki komissiyalarının üzərinə düşmüşdür. O demişdir: “2012-ci ilədək şikayətlərə Mülki Prosessual Məcəlləyə əsasən baxılırdısa, artıq bu proses İnzibati Prosessual Məcəllə ilə tənzimlənir və şikayətlərə inzibati məhkəmələrdə baxılır. Qanunvericilikdə edilən dəyişikliyə görə məhkəmə prosesində seçki komissiyalarının qərarlarının qanunauyğunluğunu komissiyaların özləri sübut etməlidirlər”.

İman Nağıyev ölkəmizdə keçirilən seçkilər zamanı Bakı Apelyasiya Məhkəməsinə edilən şikayətlər barədə də məlumat vermişdir. Vurğulamışdır ki, 2007-ci ildən fəaliyyətə başlayan Bakı Apelyasiya Məhkəməsinə ümumilikdə seçki hüququ ilə bağlı 262 iş daxil olmuşdur. Bu işlər 2008-ci ildə keçirilmiş prezident, 2009-cu ildə ümumxalq səsverməsi (referendum) və bələdiyyə seçkiləri, eləcə də 2010-cu ildə keçirilmiş parlament seçkiləri ilə bağlı olmuşdur. Bakı Apelyasiya Məhkəməsinə seçkilərlə əlaqədar daxil olmuş işlərə qanunvericiliyin tələblərinə riayət edilərək baxılmışdır.

MSK katibliyinin ümumi şöbəsinin müdiri Elşən Əsgərov “Dairə seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları” mövzusunda çıxış etmişdir. Elşən Əsgərov dairə seçki komissiyalarının sədrlərini kargüzarlığın aparılması qaydaları ilə tanış etmiş və onları maraqlandıran sualları ətraflı cavablandırmışdır.

MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov “Seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və seçicilərə təqdim edilməsi qaydaları və şərtləri. Seçki prosesində Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən (DAİS) istifadəyə dair tələblər” mövzusunda çıxış etmişdir.

Rüfət Gülməmmədov komissiya sədrlərini siyahıların tərtib edilməsi, dəqiqləşdirilməsi və seçicilərə təqdim edilməsi qaydaları və şərtləri ilə bağlı məlumatlandırmışdır.

Kurslar avqustun 4-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında