Ümummilli lider Heydər Əliyev ənənəsinə sədaqət ruhunda

Müstəqil, suveren, demokratik Azərbaycanın qurucusu və banisi, unudulmaz Heydər Əliyev demişdir: "Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir... Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatları ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də biz gərək jurnalistlərə kömək edək".
Azərbaycana rəhbərliyi dövründə ulu öndərimiz Heydər Əliyev heç vaxt mətbuata, jurnalistlərə biganə qalmayıb, həmişə onlara qayğı göstərib. Bu gün də həmin ənənə davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatımızın 135 illik yubileyi ilə əlaqədar verdiyi sərəncamla Heydər Əliyev tövsiyələrinin əbədi olduğunu sübuta yetirdi. Yubileylə bağlı hörmətli Prezidentimizin imzaladığı sərəncamlarla mətbuat orqanlarına maddi yardım göstərildi, jurnalistlərin böyük bir qrupuna müxtəlif mükafatlar verildi, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində maliyyə dəstəyini əsirgəmədi.
Mətbuat Şurasının üzvləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söz azadlığından danışarkən dedi ki, söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması, Azərbaycanda çox vacib olan məsələlərdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur".
Srağagün "Gülüstan" Sarayında milli mətbuatımızın 135 illik yubileyi şərəfinə keçirilən təntənəli mərasim də belə faktlardan birinə çevrildi.

{nl}

Şamil MƏCİDOV, Vergilər Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, əməkdar jurnalist

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında