Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası yeni layihəyə başlayır

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “QHT-lərin idarəetmə akademiyası” layihəsini həyata keçirəcəkdir.

Şuradan AzərTAc-a bildirmişlər ki, layihə gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və onların potensialının artırılması məqsədi daşıyır.

Layihə çərçivəsində təlimlər “QHT-lərin idarəetmə akademiyası”, “Layihələrin idarəetmə akademiyası”, “Şəxsi və peşəkar inkişaf akademiyası” və “Seçmə kursları” tədris blokları üzrə təyin olunacaqdır. Hər bir blok isə auditoriya fərqi nəzərə alınmaqla təlim modullara bölünəcəkdir. 

 Layihədə ARGTMŞ-yə üzv olan 104 gənclər təşkilatının rəhbərləri və üzvləri iştirak edə bilərlər. Bunun üçün [email protected] ünvanına müraciət olunmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında