Azərbaycan paytaxtında yeni hava limanı tikiləcək

 

Bakı şəhərində yeni hava limanı inşa olunacaq

Ələt qəsəbəsində tikintisi planlaşdırılan bu hava limanı əsasən yük təyyarələri üçün nəzərdə tutulacaq. Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov gələcəkdə Bakı şəhərinin inkişaf planı haqqında danışarkən bildirmişdir.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda bu layihə ilə bağlı danışıqlar aparılır: “Bu ərazidə beynəlxalq dəniz ticarət limanının inşası burada hava limanının da tikintisini zəruri edir. Ərazi coğrafi baxımdan olduqca əlverişli yerdədir. Burada beynəlxalq limanın inşası və tranzit yüklərin daşınması Ələt qəsəbəsinin logistik mərkəzə çevrilməsinə səbəb olacaq”.

Qeyd edək ki, Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi gedir. Artıq sahilə qədər uzunluğu 7,5 km, dərinliyi 7 metr olan kanal açılıb və quruda tikinti işləri davam etdirilir. Gələn il birinci tikiliş kompleksi – bərə terminalı bütün yol infrastrukturu ilə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında