Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlamışdır

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlamışdır.
Məktubda iyulun 22-də "Gülüstan" sarayında jurnalistlərin dövlət mükafatları ilə təltif olunmaları milli mətbuatın 135 illik yubileyinə həsr olunmuş mərasimlərin məntiqi yekunu kimi dəyərləndirilmişdir. "Gülüstan" sarayındakı bayram təntənələrində həmkarlarımızın böyük bir qrupuna media sahəsindəki uzunmüddətli, səmərəli xidmətlərinə görə "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adları, "Tərəqqi" medalı təqdim olundu. Müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 32 qəzetin hər birinə 20 min, 8 informasiya agentliyinin isə hərəsinə 10 min manat məbləğində birdəfəlik maliyyə yardımı edildi.
Məktubda Prezident İlham Əliyevin Mətbuat Şurasının yeni inzibati binasının açılışında iştirakı zamanı jurnalistlərin sosial müdafiəsi ilə bağlı səsləndirdiyi fikirlərin dərhal həyata keçirilməsinə də diqqət yönəldilmişdir: "Mətbuat Şurasının yeni binasının açılışında iştirakınız zamanı mətbuatımızın digər aktual problemləri ilə yanaşı, jurnalistlərimizin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fikir və təkliflər səslənəndə, məsələnin tezliklə həllini tapacağını bildirdiniz. Çox gözləməyə ehtiyac qalmadı. Sizin imzaladığınız "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncam jurnalistlərə misilsiz hədiyyə oldu".
Məktubda daha sonra bildirilir ki, ölkədə söz, məlumat və ifadə azadlığına yaradılan geniş imkanlar hər bir mətbu vasitədə və qələm sahibində ruh yüksəkliyini artırır, yaradıcılıq axtarışlarına mənəvi stimul verir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında