Nika QİLAURİ: Azərbaycanlıların Gürcüstanın ictimai həyatında fəal iştirakına böyük diqqət yetirilir

Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai həyatının müxtəlif sahələrində fəal iştirakı üçün böyük işlər görülür.
Bu fikri Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri Nika Qilauri iyulun 23-də mətbuat konfransında bildirmişdir.
Baş nazir demişdir ki, azərbaycanlıların ölkənin ictimai həyatına fəal qoşulması üçün bir sıra vacib proqramlar həyata keçirilir. Biz son illər bu sahədə çox işlər görmüşük. Bu gün Gürcüstanda 124 Azərbaycan məktəbi fəaliyyət göstərir. Azərbaycanlıların gürcü dilini öyrənməsi, habelə ölkənin ali məktəblərinə qəbul olunması üçün kurslar təşkil olunur.
N.Qilauri bu sahədə hələ çox işlərin görülməsinin nəzərdə tutulduğunu da söyləmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında