Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatı

 

Son vaxtlar bir sıra şəxslər, xüsusilə gənclər tərəfindən xarici ölkələrdən beşbarmaqların və digər bu qəbildən olan əşyaların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhdlər intensivləşmişdir.

Qeyd edək ki, bu cür hallar üzrə gömrük orqanları tərəfindən 200-dən çox fakt aşkar olunmuş, hüquqpozma törədənlərdən yüzlərlə belə əşyalar: beşbarmaqlar, qeyri-standart formada hazırlanan xəncərlər, süngülər, bıçaq və bıçağa oxşar əşyalar, pnevmatik və qaz silahları, dəyənəklər, qandallar, habelə mülki dövriyyəsi qadağan olunan digər əşyalar götürülmüşdür.

Belə əşyaları gömrük sərhəddindən keçirməyə cəhd göstərən şəxslər verdikləri izahatlarında bu əşyaları “suvenir” və ya “xatirə hədiyyəsi” kimi gətirdiklərini iddia edərək məsuliyyətdən yayınmağa çalışırlar.

Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur.

DGK mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında