Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Sizin tərəfinizdən böyük diqqət və qayğı ilə davam etdirilən ənənəyə uyğun olaraq ölkənin mətbuat kollektivləri xalqımızla birlikdə milli mətbuatımızın 135 illik yubileyini təntənə ilə qeyd etdilər. Son 10 ildə üçüncü dəfə ümumxalq bayramına çevrilən bu əlamətdar tarix Azərbaycan milli jurnalistikasının şərəfli dünəni ilə işıqlı gələcəyi arasında ideya-məfkurəvi bağlılığı daha da möhkəmləndirdi, mediamıza yeni yüksəliş əhvalı gətirdi.
Yubiley tədbirləri silsiləsində bir sıra mühüm hadisələr milli mətbuat tariximizə unudulmaz, zaman-zaman xatırlanacaq səhifələr kimi məhz Sizin xoş məramınızla yazıldı. Sizin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında 10 iyun 2010-cu il tarixli sərəncamınız dövlət müstəqilliyi şəraitində kütləvi informasiya vasitələrinin cəmiyyət həyatında tutduğu mötəbər mövqeyi bir daha təsdiqlədi, jurnalistikamızın tarixi təcrübəsini onun çağdaş vəzifələri və inkişaf istiqamətləri ilə qovuşdurdu.
Yubiley tədbirlərinin yekununda Sizin sərəncamlarınızla ölkə jurnalistikasının inkişafında xidmətləri olmuş həmkarlarımızın böyük bir qrupuna fəxri adlar, dövlət mükafatları verilməsi, bir sıra qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımı göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin yenidən gündəmə gətirilməsi KİV-ə göstərilən yüksək dövlət himayəsinin növbəti parlaq təzahürüdür. Bundan əvvəl də Siz dəfələrlə jurnalistləri mükafatlandırmış və redaksiyalara maddi yardım göstərmisiniz. Bütün bunlar tərəfimizdən qədirbilənliklə xatırlanır. Təltif olunanlar və maliyyə yardımı alanlar arasında ölkənin ən uzunömürlü anadilli dövri nəşri "Xalq qəzeti"nin və onun əməkdaşlarının da olması kollektivimizi ürəkdən sevindirdi və dərin razılıq duyğuları yaratdı.
Möhtərəm cənab Prezident!
Ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm və sağlam əsaslar üzərində Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün milli mətbuatımızın bütün tarixi boyu arzu olunan, hədəfə alınan bir tərəqqi yolunda yeni-yeni uğurlar qazanmaqdadır. Respublikamız hərtərəfli və sürətli inkişafı ilə regionda lider dövlətə çevrilmişdir. Cəmiyyətin qovuşduğu demokratik dəyərlər sistemində söz və mətbuat azadlığı prinsiplərinin bərqərar olması xalqımızın şəksiz tarixi nailiyyətidir. Azərbaycan mətbuatının dəyərli ənənələrinə sadiq qalan jurnalistlər bütün bu proseslərdə dövlət müstəqilliyimizin ulu memarı Heydər Əliyevlə və onun layiqli varisi kimi Sizinlə bir yerdə olmaqdan daim qürur duymuşlar.
Milli jurnalistikamızın tarixinə, azad sözün və müstəqil medianın inkişafına yüksək diqqətə, mətbuat işçilərinə göstərdiyiniz qayğı və himayədarlığa görə qəlbimizin dərinliyindən gələn minnətdarlığımızı bildirməyi özümüzə borc bilirik. Bütün bunlar digər media qurumları kimi, qəzetimizin kollektivini də ümummilli lider Heydər Əliyevin və Sizin KİV qarşısında qoyduğunuz vəzifələri uğurla yerinə yetirməyə daha da ruhlandırır, qüvvə və bacarığımızı artırır.
Biz bundan sonra da Sizin rəhbərliyinizlə həyata keçirilən layihə və proqramlara söz və qələmimizlə, yaradıcılıq əzmimizlə, cəmiyyətə nümunəmizlə dəstək verəcəyik. Sizə - xalqımızın tarixi taleyini müəyyən edən həqiqi lider və güclü dövlət başçısına tarixi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
{nl}

Dərin hörmət və ehtiramla

{nl}

"Xalq qəzeti"nin kollektivi adından
Həsən HƏSƏNOV, baş redaktor

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında