Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğı jurnalist peşəsinin nüfuzunu artırır

 

KİV işçiləri üçün tikilən mənzillər bir daha göstərdi ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mediaya belə yüksək dövlət qayğısı mövcuddur

Bu il Azərbaycan jurnalistləri Milli Mətbuat tariximizin 138-ci ildönümünü daha böyük təntənə ilə qeyd etdilər. Bu təntənənin səbəbi isə Prezident İlham Əliyevin sərəncamına əsasən jurnalistlərə tikilən mənzillərin paylanması oldu. Dövlətimizin başçısı açılış mərasimində jurnalistləri təbrik edərək ölkəmizdəki mətbuat və söz azadlığının inkişafından, jurnalistlərə göstərilən dövlət qayğısından danışdı. Cənab Prezident eyni zamanda media işçilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Jurnalistlər üçün ikinci yaşayış binasının təməlini qoyan ölkə başçısı onlara yeni sevinc bəxş etdi. Yeni binadan mənzil alanlardan biri kimi mən də dövlət başçısına dərin minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev ölkənin iqtisadi, siyasi inkişafı ilə bərabər, onun mədəni-sosial inkişafını da prioritet məsələ kimi dəyərləndirir. Cənab Prezidentin hələ bir neçə il əvvəl “Jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir” deməsi bir daha göstərir ki, o nəinki qətiyyətli dövlət başçısıdır, eyni zamanda, humanistdir, milli-mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözə sayğı ilə yanaşır.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında mətbuatın üzərinə düşən vəzifələrdən bəhs edir, onların icrasında dövlətin hər bir dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırır. Son on ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına qısaca nəzər salaq. 2005-ci ildə “Əməkdar jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalanıb. Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındandır.

Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncam imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addım da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” sərəncamı, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi də diqqət və qayğının bariz nümunələrindəndir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürüdür.

Dövlət başçısı İlham Əliyev dəfələrlə sübut edib ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir.

Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq atır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı.

Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldü. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı sərəncam verdi. İyulun 22-də isə artıq mənzillər jurnalistlərə paylandı. Bu isə öz növbəsində jurnalistlərə münasibətdə yüksək səviyyəli qayğının zirvəsidir. Müstəqil Dövlətlər Birliyi məkanında heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib.

138 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçmişdir. Bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən ciddi amillər kimi dəyərləndirilməlidir. Bütün bunlar biz jurnalistləri xalqımıza daha yaxşı xidmətə ruhlandırır.

Elçin ZAMAN,

“İki sahil” qəzetinin əməkdaşı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında