Dördüncü hərbi-vətənpərvərlik düşərgəsi təşkil edildi

 

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaranmasının 95 illiyi və Gənclər və İdman Nazirliyinin yaranması münasibətilə iyulun 23-27-də Şamaxı rayonunda “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizi altında IV hərbi-vətənpərvərlik düşərgəsi keçirilmişdir.

Gənclər düşərgədə yerləşdikdən sonra daxili nizam-intizam qaydaları ilə yaxından tanış olmuşlar. Düşərgə iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə güllər qoymuşlar. Heydər Əliyev Mərkəzini ziyarət edən gənclərə ümummilli liderin keçdiyi həyat yoluna dair məlumatlar verilmişdir. Gənclər daha sonra Şamaxının diyarşünaslıq muzeyində qədim tarixə malik Cümə məscidində və görkəmli şair Mirzə Ələkbər Sabirin ev muzeyində olmuşlar.

Düşərgənin ikinci günü proqrama əsasən himnin oxunmasından və səhər idmanından sonra iştirakçılar günlük proqrama əsasən Milli Ordumuzun hərbi sursatı haqqında seminar dinləmişlər. Nahar yeməyindən sonra Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi İsmayıl Qəhrəmanov, “N” saylı hərbi hissənin zabiti Vüqar Quliyevin iştirakı ilə gənclərlə görüş keçirilmişdir. Görüş çərçivəsində qonaqlar çıxış edərək Azərbaycan Ordusu barədə gənclərə məlumat vermişlər. Sonra gənclər arasında intellektual, stolüstü oyunlar və idman yarışları keçirilmişdir. Günün sonunda gənclərin istirahəti üçün milli rəqslər təşkil olunmuşdur.

Leyla QURBANOVA,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında