Mərkəzi Seçki Komissiyasında

 

İyulun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK-nın media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Komissiyanın 5 iyun və 18 iyun  2013-cü il tarixli iclaslarının protokolları təsdiqlənmişdir.

İclasda aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair məsələyə baxılmışdır. Məsələ barədə məlumat verən MSK sədri bildirmişdir ki, dövlətimizin  başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı  il tarixli və  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında”  27 dekabr 2011-ci il tarixli  sərəncamlarına uyğun olaraq  Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının sədr və üzvləri üçün növbəti kursların təşkil edilməsinə dair müvafiq hazırlıq işlərini başa çatdırmışdır. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dairə seçki komissiyalarının sədrləri üçün MSK-nın inzibati binasında, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçiriləcəkdir. Kurslarda ali dövlət qurumlarının rəhbər şəxsləri mühazirələr oxuyacaqlar.

Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov  dairə seçki komissiyalarının sədr və digər üzvləri, məntəqə seçki komissiyalarının sədrləri üçün 10 günlük seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların təşkilinə dair qərar layihəsi barədə məlumat vermişdir. MSK qərara almışdır ki, seçki komissiyalarının sədrləri üçün 2013-cü il iyulun 29-dan avqustun 4-dək Bakı şəhərində, dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə bu il avqustun 5-dən 7-dək regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

MSK seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

İclasda beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında