"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni internet saytı ictimaiyyətə təqdim olundu

Dünən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olundu.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov media nümayəndələrini milli mətbuatın yaranmasının 135 illik yubileyi münasibətilə təbrik etdi. Dəmir yolunda keçirilən islahatlar barədə məlumatlar verdi.
"Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru Vasif Süleymanov çıxışında bildirdi ki, yeni sayt "Ana səhifə", "Rəhbərlik", "Struktur","Hüquqi sənədlər", "Departamentlər", "Tariximiz", "Dəmir yolunun xəritəsi", "Texniki tərəqqi", "Tarif siyasəti", "Beynəlxalq əməkdaşlıq", "Dəmiryolçu şəhidlər", "Hərəkət cədvəlləri","Qatarların sxemi" və digər bölmələrdən ibarətdir. Hər bölmədə aidiyyatı strukturlar haqqında ətraflı məlumatlar yerləşdirilib.
Saytda ulu öndər Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun saytlarına keçid var. Bu keçiddən istifadə edərək adı çəkilən saytlara müraciət etmək olar.
Yeni internet saytında ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkə dəmir yolunun inkişafına göstərdiyi qayğı nəticəsində əldə olunan uğurlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlər haqqında geniş materiallar verilib.
"Hüquqi sənədlər" bölməsində dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu ildə imzaladığı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" və 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları yer alıb.
Ölkə iqtisadiyyatının qan damarı sayılan dəmir yolunun Azərbaycanda istismara verilməsinin 130 illiyi tamam olur. "Tariximiz" bölməsində dəmir yolunun yaranma tarixi və zəruriyyəti haqqında ətraflı məlumat var. Bundan başqa yeni saytda "Azərbaysan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Bakı-Tbilisi-Qars", "Şimal-cənub" beynəlxalq layihələrinin, eləcə də beynəlxalq investisiya layihələrinin reallaşması prosesindəki aktiv iştirakı, cəmiyyətin Nizamnaməsi, işğal altında olan dəmir yolu xətləri, gündəlik yeniliklər öz əksini tapıb.
Tədbirə yekun vuran Qurban Nəzirov saytdakı məlumatların hər gün təzələnəcəyini, irad və təkliflərin nəzərə alınacağını vurğuladı.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında