Kənd təsərrüfatı naziri Tovuzda ölkənin qərb bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

 

İyulun 26-da kənd təsərrüfatı naziri İsmət Abasov Tovuz şəhərində bu rayondan, həmçinin  Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbuldan əvvəl nazir İsmət Abasov rayonda bir neçə fermer təsərrüfatına baş çəkmiş, yeni salınmış üzüm bağlarında becərmə texnologiyaları ilə tanış olmuşdur.

 İsmət Abasov son vaxtlar ölkədə üzümçülüyə marağın artdığını bildirərək Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın  bu sahənin sürətli inkişafına zəmin yaratdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, 2012-ci ildə 543,3 hektarda yeni bağların salınması üzümçülüyün fermerlər üçün nə qədər gəlirli və vacib bir sahə olduğunu bir daha sübut edir.

 Nazir bölgədə üzümçülüyün inkişafı ilə bağlı fermer və sahibkarlara məsləhət və tövsiyələrini vermişdir.

Tovuz Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsində keçirilən, nazirliyin idarə və təşkilatlarının, tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbula gəlmiş vətəndaşlar əvvəlcə kənd əməkçilərinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu aqrar siyasətin bəhrəsi olaraq, onlar bu gün becərdikləri hər hektar üçün yanacaq və motor yağlarına görə 40 manat, buğda və çəltik əkinlərinə görə əlavə 40 manat alır, toxum və tinglərə görə subsidiyalarla ilə təmin olunur, həmçinin lizinq yolu ilə güzəştli şərtlərlə texnikalar və mineral gübrələr əldə edirlər.

Vətəndaşların  müraciətləri  əsasən təmsil etdikləri rayonlarda üzümçülüyün inkişafı ilə əlaqədar olaraq şərab emalı zavodlarının tikilməsi, əhalinin sağlamlığının qorunması məqsədilə mərkəzləşdirilmiş ət kəsimi məntəqələrinin açılması, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi, mineral gübrələrin qiymətlərinin 30-40 faiz aşağı salınması, rayonlarda müasir avadanlıqlarla təmin edilmiş aqrokimya laboratoriyaların, məhsul tədarükü məntəqələri və bazalarının yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən bankın fəaliyyətə başlaması və digər məsələlərlə bağlı  olmuşdur.

 Müraciətlərin bir hissəsi yerindəcə həllini tapmışdır. Nazir, eyni zamanda, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun, mümkün qədər qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər  isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata  alınmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında