“Milli ideologiya haqqında ən yaxşı araşdırma”

 

Azərbaycanın müstəqil bir dövlət kimi inkişafı və bundan sonra da güclənməsində milli ideologiyanın mühüm rolu var. Milli ideologiya bütün vətəndaşları vahid bir amal  ətrafına toplamaqla, dövlətə və dövlətçiliyə xidmət etməyə stimul verir.

Bu fikirlər  Azərbaycan milli mətbuatı günü ərəfəsində “Müasir İnkişaf” İctimai Birliyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə icra olunan “Milli Kimlik” Konsepsiyası layihəsi çərçivəsində elan edilmiş yazı mübasiqəsinin nəticəsinə həsr edilmiş  konfransda səsləndirildi. Jurnalistlər arasında  “Milli ideologiya haqqında ən yaxşı araşdırma” yazı  müsabiqəsinin nəticələrinə  həsr edilmiş tədbiri giriş sözü ilə  “Müasir İnkişaf” Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü açdı. O, təşkilatın səkkiz illik fəaliyyəti dövründə   milli ideologiya məsələsinə daim diqqətlə yanaşıldığını, bu mövzu ilə bağlı müzakirələr təşkil edildiyini, araşdırmalar aparıldığını vurğuladı.

 

“Sözsüz ki, cəmiyyətimizdə milli  ideologiya ilə bağlı bir çox işlər görülmüş, addımlar atılmışdır. Biz də mətbuatın bu mövzuya diqqətini cəlb etmək məqsədilə jurnalistlər arasında araşdırma yazı müsabiqəsi elan etdik. Mövzu ilə bağlı maraqlı və dəyərli yazılar ortaya çıxdı. İnanıram ki, hər bir ziyalının, fikir adamının, eləcə də jurnalistlərin milli ideologiyamızın inkişafı və formalaşması, onun gənc nəslin dünyagörüşünün formalaşmasında  fikir və təklifləri səmərəli nəticə verəcək. Əsas cəhət odur ki, milli ideologiyamız daim diqqətdə olsun.,”

Daha sonra çıxış edən “Müasir İnkişaf”  İctimai Birliyinin  idarə heyətinin sədr müavini Aqşin Atalızadə milli ideologiyanın dövlətçilik üçün vacibliyindən və onun formalaşmasında milli mənəvi dəyərlərin təsirindən söz açdı. Sonra isə araşdırma yazı müsabiqəsinin qaliblərinə fəxri diplomlar təqdim edildi və xatirə şəkli çəkildi.

“Xalq qəzeti”nin əməkdaşı Anar Turan yazdığı  araşdırma məqaləsinə görə müsabiqənin qalibi olmuş, birinci yerə layiq görülərək fəxri diplomla təltif edilmişdir.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında