Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında

 

“Gəzdim Azərbaycanı: Bakı-Şəki”

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) “Gəzdim Azərbaycanı” layihəsi bu dəfə əsrlər boyu İpək Yolunun əsas şəhərlərindən olan Şəki haqqındadır.

On iki dəqiqəlik videoreportajda qədimlik, milli memarlıq, sənətkarlıq, özünəməxsus kulinariya və folklorun birləşdiyi bu şəhərin tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və təbiəti barədə məlumat verilir.

Süjetdə qeyd edilir ki, daş küçələri, karvaransayları, qədim ibadətgahları, habelə qonaqpərvərliyi buranı daim insanların can atdığı diyara çevirib. Bildirilir ki, hər qarışı, hər küçəsi qədim olan Şəkidə Dairəvi məbədi, “Gələrsən-görərsən” qalası, Şəki Cümə, Ömər Əfəndi məscidləri, Narın Qalası, Şəki Xan sarayı, Kiş kəndindəki, I-II əsrlərə aid qədim alban kilsəsi və bir çox digər tikililər vardır.

Süjetdə Şəkidəki sənaye müəssisələri, müasir park və meydanlar, müasir səhiyyə, təhsil, idman, mədəniyyət obyektləri barədə də geniş məlumat verilir.

“Gəzdim Azərbaycanı: Bakı-Şəki” videoreportajında ilin bütün fəsillərində şəhərdə xarici turistlərə rast gəlindiyi bildirilir. Qeyd edilir ki, Şəkidə qonaqlar üçün müasir otellər, təbiət qoynunda istirahət guşələri fəaliyyət göstər.

Sujetdə, həmçinin Şəkidə qədim xalq sənətinin bir sıra növlərinin - təkəlduz, papaqçı, qalayçı, dulusçu, sandıq və musiqi alətləri sənətkarlığının bu gün də yaşadığı diqqətə çatdırılır.  Şəkinin özünəməxsus və zəngin mətbəxi haqqında geniş məlumat verilir.

“Gəzdim Azərbaycanı: Bakı-Şəki” videoreportajında bildirilir ki, qədim tarix, zəngin mədəni irs, heyrətamiz memarlıq, rəngarəng sənətkarlıq Şəkini Azərbaycanın və dünyanın təkrarolunmaz guşəsinə çevirmişdir. Müasirlik isə Şəkini daha da gözəlləşdirib, yeniliklər yaratmışdır. Şəki iki zamanı özündə daha qabarıq birləşdirən bir şəhər kimi yaşayır. 2700 ildir ki, öz gözəlliyi, zarafatcıl, hazırcavab, müsbət enerjili insanları ilə  məşhur olan Şəki nağıllar aləmidir.  Azərbaycanın sənət və mədəniyyət beşiyi olan Şəki dövlətin güclü iqtisadi siyasəti nəticəsində bu gün  daha da abadlaşır  və inkişaf edir. 

Bu videoreportajla və həmçinin Azərbaycanın digər bölgələrindən hazırlanmış tanıtım videoları ilə bu linkdən: http://azertag.com/node/1120133/the_modernizing_districts tanış olmaq mümkündür.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında