Gəncədə 38 saylı Nizami (ikinci) seçki dairəsi seçki komissiyası yeni binaya köçmüşdür

 

Gəncədəki 38 saylı Nizami (ikinci) seçki dairəsi seçki komissiyası hər bir şəraiti olan və ən müasir texnologiyalarla təmin edilmiş binaya köçmüşdür. Gəncəyə məxsus memarlıq üslubunda olan bina qədimliyi qorunmaqla yenidən qurulmuş, dairə seçki komissiyasının hər bir üzvü üçün rahat iş şəraiti yaradılmışdır.

AzərTAc xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək gündən-günə inkişaf edən ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində görülən işlərdən danışmış, elə bu qədim binanın tamamilə yenidən qurularaq dairə seçki komissiyasının ixtiyarına verilməsini  bu sahədə atılan müsbət addım kimi dəyərləndirmişdir.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək son illər seçki sistemində həyata keçirilən yeniliklərdən danışmış və qeyd etmişdir ki, artıq respublikanın əksər şəhər və rayonlarında seçki dairələri üçün çoxlu sayda binalar inşa edilmişdir. Lakin Gəncədəki 38 saylı dairə seçki komissiyasının binası bunların hamısından fərqlənir.

Gəncə gündən-günə böyüyərək öz simasını dəyişir. Özü də şəhərdə abadlıq və quruculuq işləri aparıldıqca onun qədimliyi də qorunub saxlanılır. Elə bu qədim binanın belə bir görkəmdə əsaslı şəkildə yenidən qurulması onu göstərir ki, şəhərdə qədim binalara ikinci həyat verilməklə yanaşı onun şəhərə verəcəyi gözəlliyi də nəzərə alınır.

Mərasimdə 38 saylı dairə seçki komissiyasının katibi Rauf Qurbanov, seçici Şəhla Məmmədova da çıxış edərək keçiriləcək bütün seçkilərin şəffaflığı üçün yaradılan bütün bu şəraitə görə ölkə başçısına, eləcə də bu qədim binanın əsaslı şəkildə qurulmasında əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.

Sonra rəmzi qırmızı lent kəsilmiş, mərasim iştirakçıları binaya daxil olaraq burada yaradılan şəraitlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, binada 2 iclas salonu, monitorinq mərkəzi, yerli və beynəlxalq müşahidəçilər, eləcə də komissiya üzvləri üçün otaqlar, qəbul otağı və sair yardımçı otaqlar yaradılmış, ən müasir texnologiyalarla təmin edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında