Bakı Şəhər İcra Hakimiyyəti yeni avtoparkın istifadəyə verilməsi ilə əlaqədar paytaxt sakinlərinə müraciət etmişdir

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı iyulun 25-də paytaxtın Heydər Əliyev Sarayı ilə Füzuli meydanı arasında salınmış mərkəzi istirahət parkının alt hissəsində 4500 avtomobil yerlik müasir tipli yeni avtoparkın istifadəyə verilməsi ilə əlaqədar müvafiq sərəncam imzalamışdır.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirmişlər ki, sərəncama əsasən, paytaxtda yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması, qanunsuz dayanma və parklanma sisteminin tənzimlənməsi məqsədi ilə Neftçilər, G.Səfərəliyeva, N.Nərimanov, İstiqlaliyyət, Gənclər meydanı (Qoşa Qala qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bülbül, R.Behbudov, Füzuli, Azadlıq, 28 May, Səməd Vurğun, Xaqani, Nizami, Ş.Bədəlbəyli, M.A.Əliyev, Ş.Qurbanov, C.Cabbarlı, Z.Əhmədbəyov (metronun Nizami stansiyasının qarşısı) küçələrini əhatə edən hissədə avtomobillərin parklanması və dayanması qadağan olunmuşdur.

Eyni zamanda, sərəncama əsasən, şəhərin mərkəzi hissəsində müvafiq icazə olmadan hüquqi və fiziki şəxslər tərəfindən qanunsuz avtomobil dayanacağına çevrilərək qanunsuz gəlir əldə edən şəxslər haqqında inzibati tədbirlərin görülməsi və bu hissədə qanunsuz parklanma hallarının qarşısının alınması Bakı Şəhər Baş Polis İdarəsinə həvalə olunmuşdur.

Avtomobil sahiblərindən şəhərin mərkəzi hissəsində yaranmış sıxlığın qarşısını almaq və istifadələrindəki nəqliyyat vasitələrinin təhlükəsizliyi məqsədilə inşa edilmiş müasir standartlara cavab verən parkinqlərdən istifadə etmələri xahiş olunur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında