Minnətdar olmaq mədəniyyəti

 

Milli mətbuatımızın 138-ci ildönümü tarixə çevrildi! Azərbaycan dövlətinin Azərbaycan mediasına heç bir təmənna güdmədən, heç bir əvəz istəmədən, ayrı-seçkilik salmadan, siyasi baxışlarına, mövqeyinə fərq qoymadan sahib çıxdığını nümayiş edirən tarixə. Dərk edənlər, anlayanlar, İstiqlalın, milli dövlətçiliyin dəyərini bilənlər üçün böyük hadisədir!  Bu böyüklük heç bir halda mətbuatın inkişafına ayrılan vəsaitlərin məbləği ilə, jurnalistlərə verilən mənzillərin keyfiyyəti ilə... ölçülməməlidir! Burada yeganə ölçü vahidi Azərbaycan dövlətinin humanist mahiyyəti, iqtisadi qüdrəti ilə yanaşı, minillərin sınağından keçərək cilalanmış dəyərlərimizdən aldığı güc, iradə və qətiyyətdir! Prezident İlham Əliyev 156 jurnalist ailəsinə mənzil verməklə bütün bunların dönməz bir proses olduğunu bir daha təsdiqlədi. 

Azərbaycan yenidən qurulur və həm də möhkəm bir təməlin üzərində! Bu təməl, ilk növbədə, vətəndaşın dövlətə, dövlətin isə vətəndaşa olan sevgisi, inamı və etimadı üzərində təşəkkül tapıb. Bu təməlin hər zərrəsində İlahi harmoniya və özünü sözdə deyil, əməldə büruzə verən GERÇƏK VƏTƏNPƏRVƏRLİK dayanır! Bu pafossuz, ritorikasız vətənpərvərliyin ən böyük özəlliyi isə onun həqiqətə xitmət edən Sözün keşiyində dayanması, Sözə dəyər verməsidir!

Təəssüf ki, hələ də aramızda Azərbaycan dövlətinin humanist mahiyyətini görmək istəməyən, öz bitib-tükənməyən istəklərini “Tanrı haqqı” kimi qələmə verən, hər kəsi özünə borclu sayan, əxlaq və mənəviyyat natamamlığından doğan aşırı təkəbbürünü “qürur” sayanlar, bütün dəyərlərə qarşı savaş açanlar da var. Asilik belələrinin nütfəsindədir!

Asi olmaq asandır, tapınmaq isə çətin - bu yanaşma son 25 ilin kataklizmlərindən, bir formasiyadan digərinə daşınan cəmiyyətin ziddiyyətlər dolanbacından keçən bir insanın heç vaxt dəyişməyəcək qənaətidir. Tapınmaq şükür etmək mərifəti, səbir, dözüm, dayanıqlılıq tələb edir, asilik isə miskin bir təkəbbürün bütün mümkün vasitələrlə ətrafa nümayiş etdirilməsinə xidmət edən, natamamlıqdan doğan inkarçılıqdır. Tanrıya tapınmaq, şükran olmaq, minnətdar olmağı bacarmaq insan əxlaqının, mənəviyyatının, dünyagörüşünün zirvəsidir.

Ən kiçicik bir xeyirxahlığa görə bu və ya digər şəxsə minnnətdar olmağı bacarmayan, yaxud minnətdarlığı “qürurun aşağılanması” kimi qəbul edərək təkəbbürünün dar çərçivəsindən çıxa bilməyənlər heç vaxt Tanrıya verdiyi nemətlərə görə şükran ola bilməzlər. Çünki minnətdarlıq bacarığı, şükranlıq bütöv bir anlayışdır və heç bir halda ayrı-ayrı şəxslərə münasibətdə fərqli formalarda təzahür edə bilməz. Əgər edirsə, deməli, ortalıqda yeni umacaq, məkr və hiylə var...

Elə insanlar var ki, qəlbləri və təfəkkürləri məchul “qara dəlik” kimidir. Belələri Tanrının vəsilə olduğu yaxşılıqları, xeyirxahlıqları, nəcib əməlləri udur, yenisini umur və sanki, belə olmalıymış kimi “yollarına” davam edirlər. Əvəzində isə nəinki cəmiyyətə, heç öz yaxınlarına belə heç nə vermirlər. Bir xoş sözü, xəfif təbəssümü belə başqalarına qıymır, işıq udur, qaranlıq paylayırlar.

Təbii ki, bu sətirə qədər sadaladığım bütün ziddiyyətlər, cəhalətdən, aşırı təkəbbürdən və bu yazıya yaraşdırmadığım digər məqamlardan doğan pisliklər bu günün problemi deyil. Xeyirlə Şərin, işıqla qaranlığın mücadiləsinin yaşını kimsə bilmir. Lakin bu əbədi mücadilənin, savaşın içərisində belə bəşəriyyətin mövcudluğunu qoruyub saxlayan, Tanrının düzənlədiyi və bir kimsənin poza bilməyəcəyi ilahi harmoniya var. Hətta bətnindən zülmətlər doğuran milyonlar belə Azərbaycan dövlətinin də içində yer aldığı bu düzəni poza bilməzlər. Yalnız özlərinə zülm edə bilərlər.

Sonda Prezident İlham Əliyevin sərəncamı ilə tikilib Milli Mətbuat Günü istifadəyə verilmiş binanın sakinlərindən biri kimi, möhtərəm dövlət başçısına minnətdarlığımı bildirirəm. Bu hədiyyənin əvəzini isə azad sözə xidmətimlə qaytarmağa çalışacağam.

Elçin MİRZƏBƏYLİ,

“Xalq Cəbhəsi” qəzetinin

baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında