Sumqayıt dindarları fikirlərində birmənalıdırlar

 

Sumqayıtın bir qrup dindarının təşəbbüsü ilə şəhər Cümə məscidində Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətə dəstək məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və şəhərin din əhli iştirak edirdi. Görüşü giriş sözü ilə açan Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov bildirdi ki, məscidin müasir üslubda yenidən qurulması Azərbaycan xalqı, o cümlədən bütün dindarlar üçün təkcə ibadət evinin yenidən qurulması deyil, həm də tariximizin, milli irsimizin və milli təfəkkürümüzün qorunması deməkdir.

Din sahəsinə göstərilən qayğı ilə yanaşı, Azərbaycanın iqtisadi gücünün artırılmasına, bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsinə və sosial problemlərin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə də dövlət başçısına minnətdarlığını bildirən Hacı Rauf Sumqayıtda da aparılan abadlıq-quruculuq işlərinə toxundu.

Çıxış edən digər dindarlar da ölkədə aparılan sosial və iqtisadi islahatlardan, Azərbaycanda dinə olan diqqət və qayğıdan söhbət açdılar. Bildirildi ki, bəzi xarici qüvvələr ölkədə sabitliyi pozmaq istəsə də, buna nail ola bilməyəcəklər. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib.

 Dindarlar adından Prezident İlham Əliyevə ünvanlanan minnətdarlıq məktubu icra başçısı Eldar Əzizova təqdim olundu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək Azərbaycanda aparılan din siyasətindən danışdı. O, vurğuladı ki, Azərbaycanda bütün dinlərə qarşı tolerant münasibət mövcuddur: “...Amma bəzi qüvvələr vətəndaş birliyini parçalamaq məqsədilə tədbirlər həyata keçirmək istəyirlər. Buna nail ola bilməyəcəklər”. Eldar Əzizov Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrıseçkilik və qarşıdurmanın baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlərin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, qeyd etdi ki, Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir: “Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən qaynaqlanan milli siyasətin məntiqi nəticəsidir”.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında