Bakıda 750 küçə və prospektə ünvan təyin edilmişdir

 

2013-cü ilin ötən dövrü ərzində yeni qaydalara əsasən Bakı şəhəri üzrə 750 küçə və prospektə, Sumqayıt şəhəri üzrə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri üzrə 459 küçə və prospektə ünvan təyin edilməsi üzrə hazırlıq işlərinin icrası yekunlaşdırılıb, onların koordinatları müəyyənləşdirilmişdir. Bakı şəhərində mövcud olan küçə, prospektlər üzrə ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılmış, şəhərin 20 küçə və prospekti üzrə 3500 ədəd giriş nömrə nişanı və bina ünvan lövhəsi quraşdırılmışdır.

2013-cü ildə ümumilikdə respublika üzrə kiçik özəlləşdirmə formasında 490-a yaxın müəssisə və obyekt, 390-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir. Hesabat dövründə 380-ə yaxın qeyri-yaşayış sahəsi, 350-yə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.

Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 24 pul və ixtisaslaşdırılmış pul hərracında 21 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilmişdir. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2013-cü il ərzində müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 30,3 milyon manata yaxın məbləğdə investisiya qoyulmuşdur.

2013-cü il 1 iyul vəziyyətinə 6314 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7536 filialına (cəmi 13850) məxsus olan 148769 daşınmaz əmlak barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınmışdır.

2013-cü il 1 yanvar - 1 iyul tarixləri ərzində ölkə üzrə 82 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bu göstəricinin 23 mindən çoxu ilkin, 59 minə yaxını isə təkrar qeydiyyata aid olmuşdur.

2013-cü ilin birinci yarısında 74 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 63 mindən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilmişdir. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 13 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilmişdir.

Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl, həmçinin respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası ilə bağlı açıq tender elan olunmuşdur. Bakı şəhəri üzrə sözügedən işlərin müqavilə imzalandıqdan sonra 1 il müddətində, respublikanın rayonları üzrə işlərin isə müqavilə imzalandıqdan sonra 5 ay müddətində icrası planlaşdırılır. 520-yə yaxın daşınmaz əmlak obyekti barədə çöl geodeziya ölçmə işləri aparılmış, bütün bu məlumatlar bazada toplanmış, hər bir daşınmaz əmlak obyekti üzrə kadastr planları tərtib edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında