Naxçıvanda Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilmişdir

 

Şahbuz rayonunun Ağbulaq kəndində yeni İstirahət Mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Açılış tədbirində çıxış edən Ali Məclisin sədri demişdir: Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq muxtar respublikada turizmin müxtəlif sahələrinin inkişafı təmin edilir, turizm infrastrukturu yenidən qurulur. Həyata keçirilən tədbirlər çərçivəsində kənd turizmin yaradılması da diqqət mərkəzində saxlanılır. Bu gün istifadəyə verilən Ağbulaq İstirahət Mərkəzi ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərdəndir. Ali Məclisin sədri bu münasibətlə kollektivi təbrik etmiş, istirahət mərkəzinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmişdir.

Ağbulaq kəndində istirahət mərkəzinin yaradılması təsadüfi deyil. Hələ keçmiş Sovetlər Birliyi dövründə bu kənddə məktəblilərin yay düşərgələri təşkil olunurdu. İstirahət mərkəzinin yerləşdiyi Ağbulaq kəndi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Dağlıq ərazidə yerləşən Ağbulaqda kənd turizminin inkişafı üçün əlverişli infrastruktur mövcuddur. Fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin və telefon rabitəsinin mövcudluğu, yolun çəkilməsi, yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim məntəqəsinin tikintisi kəndin turizm imkanlarını daha da artırıb.

Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Lakin buna baxmayaraq kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda İstirahət Mərkəzi kəndin inkişafında da mühüm rol oynayacaqdır.

Ali Məclisin sədri daha sonra turizm mərkəzlərinin yaradılması ilə yanaşı, təbliğat işlərinin aparılmasının da vacibliyini qeyd etmiş, muxtar respublikanın aid təşkilatları tərəfindən Ağbulaq İstirahət Mərkəzindən lazımi səviyyədə istifadə olunacağına, turizm təşkilatları ilə əlaqələrin genişləndiriləcəyinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

Sonda Ali Məclisin sədri muxtar respublikada turizm infrastrukturunun inkişafı sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, Ağbulaq İstirahət Mərkəzində turizm fəaliyyətinin stimullaşdırılması barədə müvafiq tapşırıqlar vermişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında