“Qarabağ Seyid Ocaqları” İctimai Birliyi qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət qəbul etmişdir

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Ağcabədidə  Qarabağ bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilmişdir.

DQİDK-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıyan regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkili Tahir Rzayev iştirak etmişlər.

Tədbirdə çıxış edən Səyyad Salahlı bu konfransın Azərbaycanın müxtəlif bölgələrində keçirilmiş analoji silsilə tədbirlərdən beşincisi olduğunu diqqətə çatdırmışdır. Ölkəmizdə bərqərar olan dövlət-din münasibətlərindən söhbət açan S.Salahlı bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənmişdir. Natiq bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmış və hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin, dinimizin inkişafı sahəsində həyata keçirdiyi işlərdən danışmışdır.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov belə bir gərəkli tədbirə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, ölkəmizdə milli mənəvi dəyərlərə verilən yüksək qiymət dövlətin bu sahəyə diqqət və qayğısının təzahürüdür.

Millət vəkili Tahir Rzayev də öz növbəsində konfransın əhəmiyyətindən danışaraq vurğulamışdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin bu təşəbbüsü istər dindarlarla müvafiq dövlət qurumlarının canlı təmasları, istərsə də maarifçilik baxımından gərəkli və dəyərli bir addımdır.

Tədbirdə çıxış edən “Qarabağ Seyid Ocaqları” İctimai Birliyinin sədri Seyid Camal Əzimbəyli və digər din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirmiş, son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.

İftar süfrəsi ətrafında davam edən tədbirin sonunda Seyid Camal Əzimbəyli Qarabağın seyid ocaqları adından ölkə ictimaiyyətinə ünvanlanmış müraciəti oxumuşdur.

Qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin birmənalı olaraq dəstəkləndiyi sənəddə deyilir: Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Qarabağ seyid ocaqları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdirmişlər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə seyid ocaqları deyil, ölkəmizin hər bir vətəndaşı üzərinə düşən məsuliyyəti nəzərə alaraq, cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini vermiş olacaqdır.

Müraciəti Qarabağın nüfuzlu seyid ocaqlarının nümayəndələri Seyid Yusif, Seyid Sabir, Seyid Bəhmən, Seyid Nadir, Seyid Əli, Seyid Əyyub, Seyid Mirabdulla və başqaları imzalamışlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında