Daha bir ilk – jurnalistlər üçün ayrıca bina

 

22 iyul günündə milli mətbuat tariximizdə bir ilk yaşandı. Azərbaycan  jurnalistikası və ümumən jurnalistika tarixində ilk dəfə olaraq dövlət bir zümrənin qayğılar girdabında qalmış 156 aparıcı simasının probemini həll etmək üçün bu qədər geniş sosial aksiya keçirir. Milli mətbuat gününün dövlət tərəfindən ev hədiyyə edilməsi ilə təbrik olunması olduqca misilsiz bir hadisədir.

  Amma həm də jurnalistikamızın yaxın tarixinə baxdlıqda bunu  Azərbaycan dövlətinin mətbuata yönəlik ardıcıl siaysətinin məntiqi davamı olduğunu görmək mümkündür. Məhz Azərbaycanda MDB məkanında ilk  dəfə olaraq mətbuat üzərində bütün dövlət nəzarəti mexanizmi — əvvəlcə senzura idarəsi, sonra isə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Məhz Azərbaycanda dövlət —mətbuat və cəmiyyət—mətbuat münasibətlərini tənzimləyəcək ictimai qurumun — Mətbuat Şurasının yaranması dövlətin fəal dəstəyi ilə baş tutdu. Məhz Azərbaycanda yenə MDB-də ilk dəfə olaraq Qərbi Avropa ölkələrininin modelində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu təsis edildi və uğurla fəaliyyət göstərir.

 2005-ci ildə “əməkdar jurnalist” fəxri adının bərpa edilməsini, 2005 və 2010-cu illərdə tanınmış, özünü təsdiqləmiş imzaların bir çoxunun dövlət tərəfindən fəxri adlar, orden və medallarla təltif olunması bu qəbildən addımların davamı idi. Məhz Azərbaycanda mətbuat ombudsmanı institutunun təsis olunması üçün qanunverici təşəbbüs qaldırıldı və İnsan Hüquqları üzrə Müvəkkil Aparatında müvafiq şöbə təsis olundu.

  Ölkə başçısının media ictimaiyyətinin təşəbbüsünə dərhal reaksiya verərək jurnalistlərə mənzil tikintisi üçün müvafiq vəsaitin ayrılması barədə sərəncamı bu addımların məntiqi davamı idi. Həm də bu gün açıqlanan siyahı göstərdi ki, mənzil alan həmkarlarımız məhz jurnalistikada xidməti olan şəxslərdir. Bütün həmkarlarımı təbrik edir, yeni mənzillərində onlara jurnalistikamızın inkişafı naminə yeni yaradıcılıq uğurları arzulayıram. Əminəm ki, iki il sonra bu sözləri mənzil almağa haqqı olan, amma bu dəfə ala bilməyən digər peşəkar qələm dostlarımız da könül rahatlığı ilə deyə biləcək.

Cəmaləddin QULİYEV, publika.az portalının redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında