156 evin işığında...

 

 

 

22 iyul 2013-cü il, Bakı şəhəri. Bu gün biz - qələm sahibləri  analoqu olmayan bir hadisənin şahidi olduq. Ölkə başçısı cənab İlham Əliyevin üç il öncə imzaladığı sərəncama əsasən jurnalistlər üçün tikilən 17 mərtəbəli binanın açılış mərasimi həyatımıza yeni rəng, duyğularımıza qol-qanad verdi. 22 İyul - Milli Mətbuat Günündə və müqəddəs Ramazan ayında Prezident İlham Əliyevin bu böyüklüyü, bu diqqəti qarşısında şükranlığımızı, minnətdarlığımızı dilə gətirməyə söz tapa bilmirik.

Bu, sadəcə, bir hədiyyə, yaxud da, adi bayram sevinci deyil. Bu, illərlə kirayələrdə zillət çəkən, mənzil sarıdan sıxıntı keçirən, ya özü ailə qurmağa, ya da övladını evləndirməyə gözükölgəli qalan onlarla ailənin həyatını ağır çətinliklərdən, sözün əsl mənasında, xilas etməkdir. Qurub-yaratmaq əzminə görə dövlət başçıları arasında lider olan İlham Əliyev bayram günü dünyada ilk dəfə olaraq məhz jurnalistlərə 156 mənzil ərmağan etdi. Prezidentimizin ürəyinin böyüklüyünə bax ki, əqidəsindən, məramından asılı olmayaraq evə ehtiyacı olan  bütün qələm sahiblərinin mənzil şəraitinin  yaxşılaşdırılmasına imza atdı.

40 ilə yaxndır ki mətbuatda çalışıram. 40 il bundan sonra da  çalışsam mən öz vəsaitim hesabına heç vaxt belə bir mənzil ala bilməzdim. Bu gün mənə qol-qanad verən, ailəmin bütün üzvlərinə sevinc bəxs edən Prezident İlham Əliyevə təşəkkür üçün söz tapa bilmirəm. Bütün lüğətləri ələk-vələk eləsəm də, o möhtəşəmliyə, o ucalığa layiq söz demək çətindir. Nə bizdən əvvəlkilər, nə də biz belə bir qeyri-adi humanistliyi görmüşük. Doğrudur, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev əvvəllər yazıçı və şairlərin, sənət adamlarının mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görürdülər. Bu ənənəni ləyaqətlə davam etdirən və ona yeni naxışlar vuran möhtərəm Prezidentimiz İlham Əliyev dünyada ilk dəfə olaraq böyük jurnalsit ordusunu bir binada cəmləşdirdi. Eyni sənət sahiblərinin  bir-birinin yaxınlığında yaşamasının , qonşuluğunun öz gözəlliyi var.

Mənzil alanlar sırasında mənim adımın olması həyatımın unudulmaz anına  çevrildi. Mətbuata gəldiyim gündən həmişə sözümə sadiq olmuşam. Amalım hər zaman həqiqət olub və nə qədər ki, əlim qələm tutur vətənimə,millətimə, dövlətimə eyni məramla xidmət edəcəyəm. Bir vətəndaş olaraq üstümüzə düşən borcu yerinə yetirməliyik. Ölkə Prezidentinin böyük ürəyi, humanistliyi və həssaslığı qarşısında bizdən nə tələb edilir ki?! — Vətəndaş olmaq!

Mən bir daha öz ailəm adından cənab Prezidentə təşəkkür edirəm. Həyatımda şad günlərim çox olub. Amma bu gün məhz həmkarlarımla birlikdə keçirdiyim sevincin, qürurun, fərəhin adını tapa bilmirəm. Bu xoş hisslərin qəribə  ağırlığına qəlbim davam gətirməyib kövrəldi. Gözlərim sözümə baxmadı.  Bu sevinc  yaşları idi. İnanıram ki, Prezidentimizə ünvanlanan dualar ulu Tanrıya da yetdi. Çünki Ramazan ayında belə bir müqəddəs əməl sahibi olmaq, həqiqətən də, savabdır. Ev tikmək, ev qurmaqdan gözəl heç nə yoxdur. Ev bağışlamaq isə xoş niyyətin alisidir. Bir axşama 156 ailənin işığını yandırmaq hər kəsə müyəssər olan bacarıq və müdriklik deyil. Bu möhtəşəm missiyanı böyük həvəs, qayğı və məhəbbətlə yerinə yetirən cənab İlham Əliyevin yandırdığı bu işıq bizi xoş gələcəyə səsləyir. Bu 156 evdə şölələnən işığın nuru dövlət başçısının  xoş arzularının aynasıdır. Nə gözəl ki illər ötdükcə bu işıqların da sayı artacaq.  

Flora XƏLİLZADƏ, əməkdar jurnalist  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında