Rabitə və informasiya texnologiyaları naziri İsmayıllıda vətəndaşları qəbul etmişdir

 

İyulun 23-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsmayıllıda vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, İsmayıllı şəhərindəki “Rabitə evi”ndə keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş və Qobustan rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.

Vətəndaşlar əsasən əhaliyə göstərilən poçt, telekommunikasiya, internet, televiziya və radio yayımı xidmətlərindəki mövcud vəziyyət, bu xidmətlərin keyfiyyəti, habelə işə qəbul və s. məsələlərlə bağlı müraciət etmişlər.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilmişdir.

Nazir Əli Abbasov bu il test imtahanlarında yüksək bal toplayan İsmayıllıdan olan 14 abituriyentin hər birinə notbook hədiyyə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında