Ucarda jurnalistlərin bayramı

Ucar rayonunda Azərbaycan milli mətbuatının 135 illiyi münasibəti ilə geniş tədbir keçirilmişdir. Mərasimi giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Nadir Mirzəliyev açaraq bildirmişdir ki, mətbuata daim qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyun 2010-cu il tarixli sərəncamına müvafiq olaraq tədbirlər planı hazırlanmış, rayonun demək olar ki, bütün müəssisələrində silsilə görüşlər, müzakirələr keçirilmişdir.
O, həmin tədbirlərdə rayon ziyalılarının milli mətbuatımızın yaranmasının böyük tarixi hadisə olduğunu qeyd etdiklərini, görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin Azərbaycan tarixində daim qalacağını və onun həmişə hörmətlə xatırlanacağını xüsusi vurğulamışdır.
Natiq, eyni zamanda, qeyd etmişdir ki, məhz ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra senzura götürülmüş, azad mətbuata geniş meydan verilmişdir. Bu gün bu siyasət ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycanda xeyli qəzet və jurnal nəşr olunur, bir çox informasiya agentlikləri fəaliyyət göstərir. Mətbuata dövlət qayğısının nəticəsidir.
"Yeni söz" rayon qəzetinin redaktoru Səbuhi Vəliyev məruzə etmiş, şair Vadil Ümid, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Qiyas Rəhimov və başqaları çıxış edərək milli mətbuatımızın dünəni və bu günü haqqında danışmışlar.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında