Mingəçevirdə mətbuat işçiləri ilə görüş keçirildi

22 iyul Milli Mətbuat Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətində mətbuat işçiləri ilə görüş keçirilmişdir. Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev qeyd etmişdir ki, 10 iyun 2010-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamış və bununla bağlı şəhər icra hakimiyyətində tədbirlər planı təsdiq edilmişdir. Belə ki, şəhərin ali və orta ixtisas müəssisələrində, təhsil və mədəniyyət şöbələrində müxtəlif tədbirlər keçirilmiş və həmin tədbirlər yerli kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Bütün bunlar məhz ölkə Prezidentinin sərəncamının icrası məqsədilə həyata keçirilmişdir.
Sonra Mübariz Ağayev Milli Mətbuat Günü münasibətilə bütün mətbuat işçilərini təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.
"Mingəçevir" qəzetinin baş redaktoru Naib Rüstəmov, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyev, "Mingəçevir leysanı" jurnalının baş redaktoru İsmayıl İmanzadə, "Azərbaycan işıqları" qəzetinin bölgə müxbiri Yusif Ələkbərov, təqaüddə olan jurnalist Əsəd Əsədov çıxış edərək ölkə Prezidentinin mətbuat işçilərinə diqqət və qayğısından, üzərlərinə düşən vəzifələr və bu vəzifələrin yerinə yetirilməsindən danışdılar.
Şəhər ziyalılarından Əyyub Əyyubov, Məhbubə Bağırova, İlhamə İsmayılova çıxış edərək mətbuat işçilərini təbrik etdilər.
Sonra şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev yekun sözü söyləyərək milli mətbuatımızın keçdiyi yoldan, ümummilli lider tərəfindən mətbuat işçilərinə olunan qayğıdan və bu işin davamı kimi ölkə Prezidenti cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinə olan xüsusi diqqətindən söhbət açdı və qarşıda duran vəzifələrdən danışdı.
Görüşün sonunda uzun illər şəhər mətbutında zəhmətləri olmuş bir qrup qocaman jurnalistlərə şəhər icra hakimiyyətinin fəxri fərmanları verildi və şəhərdə fəaliyyət göstərən mətbuat işçilərinə hədiyyələr təqdim olundu.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında