Astaranın ucqar dağ kəndlərində abadlıq yaradılır

 

Hörmətli redaksiya!

Sizinlə ucqar dağ kəndlərimizin sevincini bölüşmək istəyirəm. Qoy bu sevincimizə bütün Azərbaycan şərik olsun. Hamı bir daha əmin olsun ki, müstəqil Azərbaycanımızın təməli möhkəm qoyulub. O, sürətlə inkişaf edir, qüdrətlənir, dünyanın inkişaf etmiş dövlətləri sırasında layiqli yerini tutur.

Vətənimizin belə sürətli inkişafı ilə hər bir azərbaycanlı fəxr edir. Mən Azərbaycanın cənub bölgəsində, Astara rayonunun ucqar, səfalı guşələrindən olan Sım kəndindəki orta məktəbdə sadə bir sinif müəllimiyəm. Dağlıq ərazidə yerləşən kəndlərimizdə 6 mindən çox əhali yaşayır. Uzun illər kəndlərimizə gediş-gəliş ancaq yay aylarında çox çətin hərəkət edən traktor və yük maşınları ilə mümkün olurdu. Bu da çoxlu vaxt itkisinə və narahatlığa səbəb olurdu.

70 il ərzində hər cür qayğıdan kənarda qalmış bu dağ kəndlərinin siması son 10 ildə köklü sürətdə dəyişmişdir. Pəlikəş, Sipyəpard, Hamoşam, Toradi, Asxanakəran, Motlayataq kəndlərində ən müasir tipli tam orta məktəblər tikilib istifadəyə verilmişdir. Siyaku-Toradi, Deqədi-Pəlikəş kimi ucqar kəndlərimizə gedən cığıra bənzər yollar əsaslı təmir edilmiş, genişləndirilmiş, ən yüngül minik avtomobillərinin hərəkəti üçün ideal şərait yaradılmışdır. İndi camaatımız vaxt itirmədən çox rahat şəkildə rayon mərkəzi ilə əlaqə saxlaya bilir.

Kənd camaatı üçün xəyal kimi görünən möhtəşəm işlərdən biri də 2013-cü ildə sərhəd kəndləri olan Doli və Şəvqoya maşın yolunun çəkilməsidir, bu kəndlərə ilk dəfə elektrik enerjisi də verilmişdir. Qısa müddətdə bizə göstərilən qayğı və diqqət hamımızı ruhlandırır, sevindirir, müstəqilliyimizin əbədi, daimi olması barədə bir daha əminlik yaradır.  Bütün bu işlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə alqış deyirik. Xalqın xoşbəxt gələcəyi üçün döyünən qəlbiniz var olsun, cənab Prezident! Tam arxayın və əmin ola bilərsiniz ki, ağsaqqallarımız, ağbirçəklərimiz, ziyalılarımız, gənclərimiz Sizi sevir, daxili və xarici siyasətinizi bəyənirlər. Sizin bu qayğıkeşliyinizə əməli işimizlə cavab verəcək, bu çətin, şərəfli və məsuliyyətli işinizdə layiqli köməkçiləriniz olacağıq.

 Uğurlar olsun,  əziz Prezidentimiz!

Hənifə YUSİFOVA,

Sım kənd orta məktəbinin müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında